AQRAR UNİVERSİTETDƏ ELMİ SƏRGİ TƏŞKİL EDİLİB. -

AQRAR UNİVERSİTETDƏ ELMİ SƏRGİ TƏŞKİL EDİLİB.

Son illər Azərbaycan Dövlət Aqrar Universitetində tədris prosesi ilə yanaşı elmi-tədqiqat işlərinin də keyfiyyəti artıb və bunun üçün hərtərəfli şərait yaradılıb. Bu baxımdan universitetin elmlər doktoru və professorlarının əldə etdiyi elmi nailiyyətləri nümayiş etdirilməsinə də ciddi ehtiyac var. Universitetdə yeni yaradılan, lobarotoriyaların, tədris-təcrübə mərkəzlərinin və təcrübə sahələrinin potensial imkanlarından da səmərəli istifadə edilir. Beləcə, elmi-tədqiqat işlərinin səmərəliliyinin artırılması və kommer­si­ya­laşdırılması qarşıda duran vəzifələrin istiqamətlərinin müəyyən­ləşdirilməsinə daha geniş mənada imkan verir.
ADAU-nun mətbuat xidmətinin xəbərində deyilib ki, bütün bunları nəzərə alaraq Aqrar Universitetin Baytarlıq təbabəti və zoomühəndislik fakültəsində təhsil müəssisəsində çalışan elmlər doktoru və professorların elmi nailiyyətlərini əks etdirən sərgi təşkil edilib. Sərgi təşkil edilən foyedə professor və elmlər doktorlarının kitabları, dərs vəsaitləri, müəlliflik şəhadətnamələri, patent və ixtiraları ayrıca nümayiş etdirilib, izləyicilərdə böyük maraq yaradıb.
Sərgidə iştirak edən ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov bu sərgidə alimlərimizin bir ömür sərf etdiyi və elmimizə gətirdiyi uğurlardan danışıb. Bildirib ki, bu cür sərgilər daha geniş miqyasda davamlı olaraq keçirilməlidir. Bu həm də universitetimizin professor və elmlər doktorlarının elmi naaliyyətlərinin səviyyəsi, göstəricisi deməkdir.
Sərginin təşkilində isə əsas məqsədi aqrar elmin bugünkü nailiyyətlərini tanıtmaq, müasir elmi bilikləri təbliğ etməkdir. 

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  
ŞƏRHLƏR :
..send-  /..гюльага гамбаров  /..gülağa qənbərov  /..gülağa qəmbərov  /..gülağa tənha
( Burada və Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır ) 

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !