Region gəncləri üçün həyata keçirilən İdeyadan-Biznesə adlı təlim kursları başa çatmışdır. -

Region gəncləri üçün həyata keçirilən “İdeyadan-Biznesə” adlı təlim kursları başa çatmışdır.

 Gənclərin İnkişaf Mərkəzi İctimai Birliyinin mətbuat xidmətindən verilən məlumata görə İctimai Birlik Azərbaycan Respublikasının Prezidenti yaninda Gənclər Fondunun maliyyə dəstəyi ilə Şamaxı, Qəbələ və Oğuz rayonlarında “İdeyadan-Biznesə” region gənclərinin biznes bacarıqlarının artırılması adlı layihənin icrasını uğurla başa çatdırmışdır.
Layihənin əsas məqsədi Azərbaycan Respublikası Prezidentinin “Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” 7 aprel 2016-cı il tarixli Sərəncamına əsasən “Aztəminatlı ailələrin özünüməşğulluğunun təşkili, onların dövlətin dəstəyi ilə öz kiçik ailə təsərrüfatlarını formalaşdıraraq inkişaf etdirə bilmələri üçün regionlarda olan işsiz gənclər arasında “Biznes İdeya Yarat”, “Öz Biznesinin Başla və İnkişaf etdir” təlim kursları təşkil edərək bisnes planların hazırlanmasına və təqdim edilməsinə nail olmaq olmuşdur.
İctimai Birlik layihənin əhatə etdiyi rayonların hər birində 15 nəfərdən ibarət olmaqla gənclər qrupları təşkil edərək həmin gənclər qruplarına 3 gün ərzində biznes planların hazırlanması və təqdimatı haqqında kurslar təşkil etmişdir.
Təlim kurslarını uğurla başa vuran iştirakçılar seçilmiş, onlar haqqında ətraflı məlumat bazası hazırlanaraq rayon məşğulluq mərkəzlərinə təqdim edilmişdir. Bunun da əsas məqsədi gələcəkdə həmin gənclərin Özünüməşğulluq proqramına rahat qoşulmaları və həmin layihədən faydalana bilmələri olmuşdur. Təlim kurslarının sonunda iştirakçılara papaq, köynək, buklet və digər paylama materialları paylanılmışdır.

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  
ŞƏRHLƏR :
..send-  /..гюльага гамбаров  /..gülağa qənbərov  /..gülağa qəmbərov  /..gülağa tənha
( Burada və Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır ) 
 

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !