Tariximiz və mədəniyyətimiz ən boyük dəyərlərimizdir! layihəsinə start verildi. -

Tariximiz və mədəniyyətimiz ən boyük dəyərlərimizdir! layihəsinə start verildi.

 Tariximiz və mədəniyyətimiz ən boyük dəyərlərimizdir! layihəsinə Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə X qrant müsabiqəsinin fərdi layihə qalibi Məmmədova Səidə Maxsud qızı tərəfindən start verilmişdir.
Layihənin əsas məqsədi yeniyetmə və gənclər arasında işğala məruz qalmış tarixi torpaqlarımızı, dağıdılmış qalalarımızı, məscidlərimizi, qəbristanlıqlarımızı, ulu nənələrimizin gözlərinin nuru bahasına ərsəyə gəlmiş xalçalarımızı, bir sözlə tarixi-mədəni dəyərlərimizin təbliğatını aparmaqdan ibarətdir.
Layihə çərçivəsində Xəzər rayonunda yeniyetmə və gənclər öz tarixi torpaqlarımıza, maddi-mənəvi sərvətlərimizə sahib çıxmaqla gələcəyimizi vətənpərvər, təhsilli, yeniyetmə və gənclərlərimizin etibarlı əllərinə tapşırmış olacağıq.
Qeyd edək ki, layihə 10 oktyabr 2017-ci ildən başlayır və 3 ay davam edəcəkdir. Layihə çərçivəsində 3 təlim keçiriləcəkdir və bu layihə başa çatdıqdan sonra başqa regionlarda da Tariximiz və mədəniyyətimiz ən boyük dəyərlərimizdir! layihəsini həyata keçirmək nəzərdə tutmulmuşdur. Bu təlimlər vasitəsilə tarixi-mənəvi dəyərlərimiz mövzusunda maarifləndirici biliklərin verilməsi, tarixi abidələrimizin mühafizəsi yolları, sənət nümunələrimizi özününküləşdirməkdə israrlı olanlarla mübarizə yolları və s.mövzular müzakirə olunacaqdır.
Sözügedən layihənin icrası başa çatdıqda onun davamlılığını təmin etmək məqsədi ilə layihə çərçivəsində müxtəlif görüşlərdə iştirak etmiş dinləyicilərlə əlaqə saxlanılacaqdır.

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  
ŞƏRHLƏR :
..send-  /..гюльага гамбаров  /..gülağa qənbərov  /..gülağa qəmbərov  /..gülağa tənha
( Burada və Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır ) 
 

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !