Foto Məsləhətçi : - Sony A7R III təqdim olundu

Foto Məsləhətçi : Sony A7R III təqdim olundu

Sony A7R III təqdim olundu

Sony, güzgüsüz formatdakı yeni fotoaparat Sony A7R III ilə Nikon və Canon’a göz dağı verir. Qısa bir müddət əvvəl rəsmi olaraq təqdim olunan fotoaparat diqqət çəkən xüsusiyyətlərə malikdir.



Sony A7R III xüsusiyyətləri

35 mm full frame quruluşdakı güzgüsüz fotoaparat Sony A7R III, yığcam quruluşda olmasına baxmayaraq xüsusiyyət baxımından son dərəcə iddialı. 35 mm’lik 42.4 Meqapiksel ölçüdə görüntü sensorune malik olan A7R III, 399 ədəd fokus nöqtəsi təqdim edə bilir.



WannaCry hücumu haqqında inanılmaz iddia!

5 istiqamətli daxili optik görüntü sabitləyici isə çəkilən fotoşəkil və videoların sarsıntısını ən aza endirə bilməkdə. Aralıqsız olaraq 10 FPS sürətində fotoşəkil çəkə bilən kamerada 399 AF nöqtəsi və 425 kontrastlı AF nöqtəsi istifadə edilə bilir. Bu da, Eye AF deyilən gözə fokuslanma xüsusiyyətinə müqayisəyə görə 2 qat daha sürətli fokuslanma təmin edir.

Sony A7R III modelinin diqqət çəkən detallarından biri də video bacarığında qarşımıza çıxır. Bu model, 4K ölçüdə 24 FPS və 30 FPS video çəkə bilərkən, Full HD ölçüdə isə 120 FPS dəyərə qədər dəstək təqdim edə bilir. Məlumat yığma üçün cüt SD kart girişi, kompüterə sürətli məlumat transferi üçün də USB Type-C portu istifadə edilir.

3 düym ölçülü sensor ekran, 100% görmə sahəsi təmin edərkən, elektronik gözlük də eyni şəkildə tam görüntü təqdim edir. Güzgüsüz formatdakı fotoaparat 100-32000 standart ISO və 50-102400 artırılmış ISO aralığı təqdim edərkən, pərdə sürətləri isə fotoşəkil rejimində 30 saniyə - 1/8000 və video rejimində də 1/4 - 1/8000 olaraq qarşımıza çıxır.

Təqdim etdiyi xüsusiyyətlərlə rahat daşına bilər amma çox güclü bir fotoaparat axtaranlar üçün diqqət çəkən Sony A7R III modeli 3200 dollar qiymət etiketinə malikdir.

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !