Naxçıvanda tütünçülük təsərrüfatı yaradılıb -

Naxçıvanda tütünçülük təsərrüfatı yaradılıb

 Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2017-ci il 10 avqust tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında tütünçülüyün inkişafına dair 2017–2021-ci illər üçün Dövlət Proqramı” tütünçülüyün inkişafı sahəsində geniş imkanlar açıb. Naxçıvan Muxtar Respublikasında da gəlirli sahə olan tütünçülüyün inkişafı, tütün emalı sahələrinin yaradılması və xammala olan tələbatın yerli istehsal hesabına ödənilməsi diqqətdə saxlanılır. Bu il Kəngərli rayonunda “Cahan Tabak” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən yeni Tütün Yetişdirmə Təsərrüfatı yaradılıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, oktyabrın 28-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Tütün Yetişdirmə Təsərrüfatının fəaliyyəti ilə tanış olub.

Məlumat verilib ki, 2,5 hektar ərazini əhatə edən Tütün Yetişdirmə Təsərrüfatında şitil yetişdirmək üçün 2304 kvadratmetr sahəsi olan 5 istixana, yeraltı su anbarı, 1350 kvadratmetr sahədə tütün qurutma yeri və 420 kvadratmetr sahəsi olan 2 anbar yaradılıb, Türkiyə mənşəli müxtəlif texnika və texnoloji avadanlıqlar alınıb. İlkin olaraq Kəngərli rayonunda 9 hektar sahədə sınaq məqsədilə məhsuldar “Virciniya” və “Oriental” tütün sortları əkilib, bugünədək 11 tondan çox quru tütün istehsal olunub. Təsərrüfatda 60 nəfər işlə təmin olunub.

Əkin zamanı yerli torpaq və iqlim şəraiti nəzərə alınaraq məhsuldar sortlardan istifadə olunur. Tütünün becərilməsi, yığımı və qurudulması müasir texnoloji qaydalara uyğun aparılır ki, bu da keyfiyyətli məhsul istehsalına imkan verir. Təsərrüfatda yetişdirilən şitillər muxtar respublikada tütünçülüklə məşğul olan torpaq mülkiyyətçilərinin tələbatını tam ödəyəcəkdir. Eyni zamanda burada tütün qəbulu da 

həyata keçiriləcəkdir. Dövlət tərəfindən tütün istehsalçılarına subsidiyaların verilməsi və tütün qəbulu üçün yaradılan şərait bu sahəyə marağı xeyli artırıb. Artıq bu ildən etibarən Kəngərli rayonunun 10 kəndinin torpaq mülkiyyətçiləri tütün əkini üçün müraciət ediblər. Gələn il 100 hektardan artıq sahədə tütün əkilməsi nəzərdə tutulur.

Qeyd olunub ki, hazırda “Cahan Tabak” Məhdud Məsuliyyətli Cəmiyyətində bazarın tələbatına uyğun olaraq 11 növdə filtrli siqaret istehsal olunur. İstehsal olunan məhsulların 10 faizi daxili tələbatı ödəyir, 90 faizi isə 8 xarici ölkəyə ixrac olunur.

Ali Məclisin Sədri təsərrüfatın qurulmasında əməyi olanlara təşəkkür edib, Şərur və Kəngərli rayonlarında tütün əkini sahələrinin genişləndirilməsi, ailə və fermer təsərrüfatlarının yaradılması, tütün əkiləcək torpaqların analiz olunması və uyğun sahələrin seçilməsi, yüksək məhsuldarlığa və keyfiyyətə malik sortların əkininə üstünlük verilməsi barədə tapşırıqlar verib.

 

Naxçıvan, 28 oktyabr, AZƏRTAC

 

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !