İnteraktiv dərsdə şagirdlərə Günəş sistemi barədə məlumat verilib -

İnteraktiv dərsdə şagirdlərə Günəş sistemi barədə məlumat verilib

 AMEA Naxçıvan Bölməsi ilə Naxçıvan Muxtar Respublikasının 192 ümumtəhsil məktəbi arasında təşkil olunan interaktiv açıq dərsdə Günəş sisteminin kiçik cisimlərindən bəhs edilib.
“Günəş sisteminin kiçik cisimləri” mövzusunda keçirilən dərsdə bölməsinin Batabat Astrofizika Rəsədxanasının direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Qulu Həziyev bildirib ki, Günəş Kainatda mövcud olan saysız-hesabsız ulduzlardan biridir. Yer kürəsindən adi gözlə 6 minə qədər ulduz görünür. Günəşin digər ulduzlara nisbətən daha parlaq və böyük görünməsinin səbəbi, Günəşin bizə həddindən artıq yaxın olmasıdır. Günəşin cazibə sahəsində yerləşən və Günəş ətrafında dolanan səma cisimləri Günəş sistemini əmələ gətirir.
Məlumat verilib ki, Günəş sisteminin cisimləri 2 qrupa ayrılır. İri cisimlərə planetlər, kiçik cisimlərə isə kometlər asteroidlər, planetlərin təbii peykləri meteoritlər və Koyper cisimləri aiddir.
Şagirdlərin diqqətinə çatdırılıb ki, kometlər xalq arasında quyruqlu və saçaqlı ulduzlar kimi də tanınır. Çünki kometlər Günəşə yaxınlaşanda onların milyon kilometrlərlə uzanan və adi gözlə görünən “quyruqları” əmələ gəlir. Buna görə də Kometlər Günəş sisteminin kiçik cisimləri arasında yeganə adi gözlə müşahidə oluna bilən səma cisimləridir.

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  
ŞƏRHLƏR :
..send-  /..гюльага гамбаров  /..gülağa qənbərov  /..gülağa qəmbərov  /..gülağa tənha
( Burada və Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır ) 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !