İslam həmrəyliyi ilə bağlı tədbirləri davam etdirilir. -

“İslam həmrəyliyi “ ilə bağlı tədbirləri davam etdirilir.

 “Dünya Azərbaycanlılarının Vətənpərvərləri” İctimai Birliyi “İslam həmrəyliyi “ ilə bağlı tədbirləri davam etdirir.

Növbəti görüş 178 nömrəli tam orta məktəbdə baş tutub.
Tədbiri giriş sözü ilə məktəbin direktoru Nasim Abışov açaraq qonaqlara rəhbərlik etdiyi orta məktəb haqqında geniş informasiya verib.

Daha sonra çıxış edən “Dünya Azərbaycanlılarının Vətənpərvərləri” İctimai Birliyinin sədri Nəsimi Qarabağlı həyata keçirilən layihə haqqında tədbir iştiakşılarına geniş məlumat verərək bildirib ki, həm islam dinində həm də milli dəyərlərimizdə sülh, xeyirxahlıq, mərhəmət böyüyə hörmət, kiçiyə qayğı, torpağı və vətəni qorumaq əsas nümunələr sayıla bilər.

"Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri" İctimai Birliyinin sədri Mehdi Mehdiyev, Dünya Azərbaycanlılarının Vətənpərvərləri” İctimai Birliyinin qadınlar şurasının sədri Ülviyyə Cümayeva, “İnformasiya Təşəbbüslərinə Dəstək” ictimai Birliyinin sədri Cəsarət Hüseynzadə çıxışlarında islam həmrəyli və vətənpərvərli ilə bağlı fikirlərini bildiriblər.
Sonra tədbir diskussiyalarla davam edib.

Tədbirdə fəallıq göstərən şagirdlərə fəxri fərmanlar təqdim edilib.
Qeyd edək ki, tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Dünya Azərbaycanlılarının Vətənpərvərləri” İctimai Birliyi tərəfindən həyata keçirilən “Gənclərin mənəvi-əxlaqi tərbiyəsində və vətənpərvərliyin inkişafında islam dəyərlərinin roluna dair tədbirlərin keçirilməsi” layihəsi çərçivəsində keçirilib.

 

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  
ŞƏRHLƏR :
..send-  /..гюльага гамбаров  /..gülağa qənbərov  /..gülağa qəmbərov  /..gülağa tənha
( Burada və Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır ) 
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !