ADMİU tələbələri Soçidə keçirilən XIX Ümumdünya Festivalı nda iştirak edib. -

ADMİU tələbələri Soçidə keçirilən “XIX Ümumdünya Festivalı”nda iştirak edib.

 14-22 oktyabr 2017 ci il tarixlərdə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Rusiya Federasiyasının Soçi şəhərində keçirilən “XIX Ümumdünya Festivalı”nda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri də iştirak edib.
Açılış mərasimində Rusiya prezidenti Vladimir Putin, Sergey Lavrov, eyni zamanda Rusiya və xarici ölkələrin rəsmilərinin iştirak etdiyi festivala 150 ölkədən 20000-dən artıq iştirakçının qatılıb. Festivalın əsas məqsədi gənclər arası beynəlxalq əlaqələrin və mədəniyyətin möhkəmləndirilməsidir.
“Sülh, həmrəylik, sosial ədalət, biz imperializmə qarşı mübarizə aparırıq-keçmişimizə hörmət edərək gələcəyimizi inşa edirik” şüarı ilə keçirilən festivalda Azərbaycan nümayəndə heyəti razılıq əldə edərək 18 oktyabr Dövlət Müstəqillik gününü qeyd ediblər. Eyni zamanda Azərbaycan mətbəxinin zənginliklərini əks etdirən milli mətbəxin nümunələri öz əksini tapıb. Forumda Azərbaycan stendinə, sərgi yerinə yaxınlaşan şəxslərə ətraflı məlumatlar verilib, onları maraqlandıran suallar cavablandırılıb, Azərbaycanın dövlət gənclər siyasəti haqqında məlumatlar çatdırılıb.
Müstəqillik günündə Musiqi sənəti fakültəsinin tələbəsi Valeriya Hüseynzadənin ifası maraqla qarşılanıb. Elm, təhsil, mədəniyyət, idman, informasiya texnologiyaları və digər yaradıcılığın istənilən sahəsi ilə məşğul olan gənc və tələbələr arasında Kino və teleziya fakültəsinin IV kurs tələbəsi Könül Şahmar da yer alıb.

 

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  
ŞƏRHLƏR :
..send-  /..гюльага гамбаров  /..gülağa qənbərov  /..gülağa qəmbərov  /..gülağa tənha
( Burada və Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır ) 

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !