"İslam sülh və həmrəylik dinidir" mövzusunda bilik yarışı. -

"İslam sülh və həmrəylik dinidir" mövzusunda bilik yarışı.

  “Aydınlığa doğru” Milli-Mənəvi Dəyərlərin Qorunması İctimai Birliyi tərəfindən Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2017-ci il II Qrant Müsabiqəsinə təqdim olunan “İslam həmrəyliyi mövzusunda ümumtəhsil məktəblərində maaarifləndirmə işinin təşkili, eləcə də mediada təbliği” layihəsi həyata keçirilir. Layihə çərcivəsində nəzərdə tutulan fəaliyyət istiqamətlərindən biri də paytaxtın Binəqədi və Yasamal rayonu umumtəhsil məktəblərində keçiriləcək "İslam sülh və həmrəylik dinindir" mövzusunda bilik yarışıdır.
Birinci turun ilk görüşü oktyabrın 25-də Binəqədi rayonu Vahid Əzizov adına 30 №-li tam orta məktəbin şagirdləri arasında keçirildi. Maraqlı görüşü birliyimizin əməkdaşı Zülfiyyə Əmrahlı və Tibb Universitetinin baş müəllimi Kamran Babayev aparırdı. Yuxarı sinif şagirdlərindən ibarət "Ulu tanri" "Sülh " və "İslam " adlı 3 komanda arasında olduqca maraqlı mübarizə getmiş və dini mövzuda verilən 19 sualı daha düzgün cavablandıran “Sülh” komandası qalib olmuşdur. Qalib komanda və fəal şagirdlər həvəsləndirici hədiyələr qazanmışlar.

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  
ŞƏRHLƏR :
..send-  /..гюльага гамбаров  /..gülağa qənbərov  /..gülağa qəmbərov  /..gülağa tənha
( Burada və Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır ) 

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !