İslam həmrəyliyi və milli dəyərlərimiz mövzusunda Bakı məktəblərində tədbirlər keçirilib. -

“İslam həmrəyliyi və milli dəyərlərimiz” mövzusunda Bakı məktəblərində tədbirlər keçirilib.

  “Gənclərin mənəvi-əxlaqi tərbiyəsində və vətənpərvərliyin inkişafında islam dəyərlərinin roluna dair tədbirlərin keçirilməsi” layihəsi çərçivəsində 10 nömrəli və 143 nömrəli tam orta məktəblərdə İslam həmrəyliyi və milli dəyərlərimiz” mövzusunda görüşlər keçirilib.

Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Dünya Azərbaycanlılarının Vətənpərvərləri” İctimai Birliyi tərəfindən həyata keçirilir.

İlk tədbir 10 nömrəli tam orta məktəbdə keçirilib. Məktəbin direktoru Leyla Məmmədova qonaqları salamlayaraq rəhbərlik etdiyi məktəb haqqında geniş informasiya verib. Eyni zamanda məktəb rəhbəri Azərbaycan Respublikasının prezidenti İlham Əliyev tərəfindən ölkəmizin inkişafı naminə görülən işlər, təhsilə ayrılan xüsusi diqqəti haqqında şagirdləri bilgilənirdi.

Daha sonra çıxış edən “Dünya Azərbaycanlılarının Vətənpərvərləri” İctimai Birliyinin sədri Nəsimi Qarabağlı həyata keçirilən layihə haqqında tədbir iştiakşılarına geniş məlumat verib.
Təşkilat rəhbəri bildirib ki, ölkə başçısının sərəncamı ilə 2017-ci ilin Azərbaycanda islam Həmrəyli elan edilməsi əslində dünyaya bir çağırışdır.
Nəsimi Qarabağlı islam və milli dəyərlərimiz ilə bağlı şagirdlərə məlumat verərək qeyd edib ki, həm islam dinində həm də milli dəyərlərimizdə sülh, xeyirxahlıq, mərhəmət böyüyə hörmət, kiçiyə qayğı, torpağı və vətəni qorumaq əsas nümunələr sayıla bilər.
Çıxış edən “İnformasiya Təşəbbüslərinə Dəstək” ictimai Birliyinin sədri Cəsarət Hüseynzadə bildirib ki, İslam və milli dəyərlərimizin gənclər arasında təbliği vacib məslədir.
Sonra tədbir diskussiyalarla davam edib. Tədbirdə fəallıq göstərən şagirdlərə fəxri fərmanlar təqdim edilib.

Günün ikinci yarısında 143 nömrəli tam orta məktəbdə mövzu ilə bağlı görüşlər davam etdirilib.

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  
ŞƏRHLƏR :
..send-  /..гюльага гамбаров  /..gülağa qənbərov  /..gülağa qəmbərov  /..gülağa tənha
( Burada və Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır ) 

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !