Xızıda şəhid Ravil Novruzovun xatirəsinə güləş turniri təşkil edilib. -

Xızıda şəhid Ravil Novruzovun xatirəsinə güləş turniri təşkil edilib.

 Xızı rayonunda 2016-cı ilin aprel döyüşlərində qəhrəmancasına şəhid olan Ravil Novruzovun xatirəsinə həsr olunmuş yeniyetmə və gənclərin iştirakı ilə sərbəst güləş turniri keçirilib.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə vəsaiti ilə “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin “Aprel döyüşləri qələbəmizin ilk carçısıdır!” adlı layihə çərçivəsində baş tutan yarışdan öncə iştirakçılar tərəfindən şəhid Ravil Novruzovun Xızı rayonu Güləzi qəsəbəsindəki məzarı ziyarət edilib, ruhuna dualar oxunub.
Şəhidin məzarı önündə çıxış edən layihə rəhbəri Ramin Mahmudov aprel döyüşlərinin əhəmiyyətindən danışıb, azad olunmuş ərazilərimiz haqqında məlumat verib. Hərbiçilərimizin bu döyüşlərdə qəhrəmanlıqlarını qeyd edən natiq şəhidlərimizin daim qəlblərimizdə yaşadığını bildirib. Bu kimi tədbirlərin təşkilinin də əsas məqsədinin yetişməkdə olan gənc nəslə həmin qəhrəmanlarımızı tanıtmaq, onların şərəfli həyat yolunu təbliğ etmək, şəhidlərin ruhunu daim əziz tutmaq olduğunu bildirib.
Çıxış edən şəhid Ravil Novruzovun atası Elman Novruzov övladının xatirəsini daim diqqətdə saxlayan qurumlara təşəkkürünü bildirib, vətənin azadlığı uğurunda canından keçib şəhidlik zərvəsinə ucalan bir oğul atası olduğu ilə fəxr etdiyini bildirib.
Digər çıxış edənlər Xızı rayon Gənclər və İdman İdarəsinin rəis əvəzi Elyanar Hüseynov, Xızı rayon Uşaq-Gənclər İdman Məktəbinin direktoru Əhməd Rzayev Ravil Novruzov kimi igidlərlə fəxr etdiklərini qeyd edib, bu kimi tədbirlərin və layihələrin təşkilinin gənc nəslin vətəpərvərlik ruhunda tərbiyələnməsində böyük rol oynadığını bildiriblər.
Rəsmi hissə başa çatdıqdan sonra 10 çəki dərəcəsində sərbəst güləş turnirinə start verilib.
Yekunda qalib və mükafatçılara təşkilatçılar tərəfindən diplom və medallar, eləcə də layihə çərçivəsində hazırlanmış xüsusi kitabça və bukletlər təqdim edilmişdir.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə vəsaiti ilə icra edilən layihə çərçivəsində Qusar və Şabran rayonlarında cüdo, Quba rayonunda isə gənc rəssamların sərgisinin təşkili nəzərdə tutulur.

 

 

 

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  
ŞƏRHLƏR :
..send-  /..гюльага гамбаров  /..gülağa qənbərov  /..gülağa qəmbərov  /..gülağa tənha
( Burada və Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır ) 
 
 
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !