İsmayıllı rayonunda Şəhid Mikayıl Vahabzadənin xatirəsinə tədbir təşkil edilmişdir. -

İsmayıllı rayonunda Şəhid Mikayıl Vahabzadənin xatirəsinə tədbir təşkil edilmişdir.

 “Beyləqan Gənclərinin Maarifləndirilməsi və Sosial İnkişafı” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Aprel döyüşləri şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi ilə bağlı yeniyetmə və gənclər arasında tədbirlərin təşkili” layihəsini həyata keçirir. Layihənin əsas məqsədini 2016- ci ilin aprel döyüşlərində qəhrəmanlıqla şəhid olmuş əsgər, gizir və zabitlərin qəhrəmanlığının təbliği və xatirələrinin əbədiləşdirilməsi və bununla bağlı maarifləndirmə işinin aparılması təşkil edir.
Layihə çərçivəsində İsmayıllı rayonundan aprel döyüşlərində həlak olan şəhid Vahabzadə Mikayıl Yaqub oğlununlərin əziz xatirəsinə həsr edilmiş növbəti tədbir təşkil edilmişdir.
Tədbir şəhidin doğulub boya başa çatdığı dağlar qoynunda yerləşən İsmayıllı rayonunun Maçaxı kəndinin ən hündür yerində yerləşən qəbirüstü abidəsinə xatirə yürüşü və ziyarət ilə başladı. Ziyarətdə İsmayıllı rayon İcra Hakimiyyətinin, Gənclər və İdman İdarəsinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İsmayıllı rayon Şöbəsinin, “Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin İsmayıllı rayon filialının, QHT-lərin, kənd ərazi icra nümayəndəliyinin əməkdaşları ilə bərabər şəhidin ailə üzvləri və yaxınları, dostları, kənd ağsaqqalları, ictimaiyyət nümayəndələri iştirak etmişlər. Çıxış edənlər Beyləqan Gənclərinin Maarifləndirilməsi və Sosial İnkişafı İB-nin sədri Zaur Quliyev, Mina Qurbanlarının Sosial-İqtisadi Probelmlərinin Həllinə Kömək” İctimai Birliyinin sədri, Qarabağ müharibəsi veteranı Məmmədhəsən Həsənov, İsmayıllı RİH-nin məsul şəxsi Murad Məhərrəmov, Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov, QMƏVŞAİB-nin sədri Vidadi Zərbiyev,Çernobıl Əlilləri İttifaqı rayon şöbəsinin sədri Məleykə Lətifova, məktəbin direktoru İlqar Gərayev, tarix müəllimi Gülyanaq Əliyeva, kənd sakinlərindən bir qrupu çıxış edərək şəhid Mikayıl Vahabzadənin vətənpərvər, vətəni özünə tən bilən, gənc yaşında böyük hörmət-izzət qazana bilən bir qəhraman Azərbaycan övladı olduğunu diqqətə çatdıraraq, onun əbədiyaşar olduğunu, şəhidlik zirvəsinə yüksəldiyini qeyd ediblər.

Tədbir şəhidin təhsil aldığı Musa Piriyev adına Tircan kənd tam orta məktəbinin pedoqoji kollektivinin vətənpərvərlik ruhunda hazırladığı ədəbi- bədii kompozisiya və Aprel döyüşlərinə həsr olunmuş sənədli filmin nümayişi ilə davam etdirildı. Tədbirin sonunda çıxış edənlər və kənd ictimaiyyəti belə tədbirlərin keçirilməsinin xüsusi əhəmiyyətini qeyd etməklə verdiklərə dəstəyə görə Azərbaycan Respublikasının Prezidenti yanında QHT- lərə Dövlət Dəstəyi Şurasına, uğurlu təşəbbüskarlığa görə “Beyləqan Gənclərinin Maarifləndirilməsi və Sosial İnkişafı” İB- nə öz təşəkkürlərini bildirdilər.

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  
ŞƏRHLƏR :
..send-  /..гюльага гамбаров  /..gülağa qənbərov  /..gülağa qəmbərov  /..gülağa tənha
( Burada və Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır ) 
 
 
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !