Gənclərin mənəvi-əxlaqi tərbiyəsində və vətənpərvərliyin inkişafında islam dəyərlərinin rolu mövzusunda tədbir keçirilib. -

“Gənclərin mənəvi-əxlaqi tərbiyəsində və vətənpərvərliyin inkişafında islam dəyərlərinin rolu” mövzusunda tədbir keçirilib.

 Oktyabrın 23-də “Gənclərin mənəvi-əxlaqi tərbiyəsində və vətənpərvərliyin inkişafında islam dəyərlərinin rolu” mövzusunda 193 №-li tam orta məktəbdə görüş keçirilib.

Görüş Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Dünya Azərbaycanlılarının Vətənpərvərləri”
İctimai Birliyi tərəfindən həyata keçirilən “Gənclərin mənəvi-əxlaqi tərbiyəsində və vətənpərvərliyin inkişafında islam dəyərlərinin roluna dair tədbirlərin keçirilməsi” layihəsi çərçivəsində baş tutub.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Rəhim Hüseynov islam həmrəyliyi haqqında şagirdlərə geniş informasiya verərək, eyni zamanda bildirib ki, ölkə başçısı tərəfindən bu istiqamətdə mühüm işlər görülür. Prezidentimizin qlobal səviyyədə İslam həmrəylik ideyası digər səmavi dinlərlə sülh naminə birliyə çağırışı ehtiva edir.


Daha sonra çıxış edən “Dünya Azərbaycanlılarının Vətənpərvərləri” İctimai Birliyinin sədri Nəsimi Qarabağlı həyata keçirilən layihə haqqında tədbir iştiakşılarına geniş məlumat verib.
Təşkilat rəhbəri bildirib ki, ölkə başçısının sərəncamı ilə 2017-ci ilin Azərbaycanda islam Həmrəyli elan edilməsi əslində dünyaya bir çağırışdır.

Təşkilat rəhbəri əlavə edib ki, tolerantlıq ənənələrimizin, mədəni-mənəvi irsimizin təbliğində Heydər Əliyev Fondunun müstəsna xidmətləri vardır. Ölkənin 1-ci vitse -prezidenti Mehriban xanım Əliyevanın milli və bəşəri dəyərlərə dünya miqyasında ali himayəsi ən yüksək qiymətə layiqdir.
Nəsimi Qarabağlı islam və milli dəyərlərimiz ilə bağlı şagirdlərə məlumat verərək bildirib ki, həm islam dinində həm də milli dəyərlərimizdə sülh, xeyirxahlıq, mərhəmət böyüyə hörmət, kiçiyə qayğı, torpağı və vətəni qorumaq əsas nümunələr sayıla bilər.

Daha sonra çıxış edən “İnformasiya Təşəbbüslərinə Dəstək” ictimai Birliyinin sədri Cəsarət Hüseynzadə bildirib ki, hazırda müxtəlif cinayətkar qruplar və digər güc mərkəzləri dini və digər adlar altında sülhə təhlükələr yaradır. Eyni zamanda dünyada bu gün hökm sürən ikili standartlar bu Azərbaycana münasibətdə qabarıq büruzə verilir.

Daha sonra tədbir diskussiyalarla davam edib.
Tədbirdə fəallıq göstərən şagirdlərə fəxri fərmanlar təqdim edilib

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !