ADMİU-nun müəllimi Aytən Rzaquliyevanın "Əks" adlı fərdi sərgisi keçirilib. -

ADMİU-nun müəllimi Aytən Rzaquliyevanın "Əks" adlı fərdi sərgisi keçirilib.

 Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti Rəssamlıq fakültəsinin müəllimi Aytən Rzaquliyevanın "Əks" adlı ekspozisiyası keçirilir. "Art PAYIZ 2017" festivalı çərçivəsində 21-31 oktyabr tarixinədək Port Baku Mall-da keçirilən sərgi 30-dan çox "Natürmort. Peyzaj. İnsan" konsepsiyası ilə seçilir.
Qeyd edək ki, Aytən Rzaquliyeva Ə.Əzim-zadə adına Rəssamlıq məktəbinin və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunu, Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Hal-hazırda Təsviri sənət kafedrasının baş müəllimi vəzifəsində çalışır. Bir çox beynəlxalq sərgilərin iştirakçısı, eləcə də fərdi sərgilərin müəllifidir.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !