Məişət zorakılığına məruz qalmış insanlara psixo-sosial xidmətlərin təqdim edilməsi -

“Məişət zorakılığına məruz qalmış insanlara psixo-sosial xidmətlərin təqdim edilməsi”

 “Məişət zorakılığına məruz qalmış insanlara psixo-sosial xidmətlərin təqdim edilməsi” layihəsi “Azərbaycan Uşaqları” İctimai Birliyi tərəfindən bu ilin avqust ayından etibarən 3 ay müddəti ərzində icra edilməyə başlayıb. Qeyd etmək lazımdır ki, məişət zorakılığına məruz qalmış insanlara psixo-sosial xidmətlərin təşkili və bu xidmətlərin davamlı təmini üçün mütəxəssislərin bilik və bacarıqlarının artırılması məqsədli həyata keçirilən layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşdirilir.
Layihənin vəzifələri arasında hədəf qrupuna daxil plan şəxslərə stasionar xidmətlərin təşkili, məişət zorakılığına məruz qalmış uşaqların və qadınların psixo-sosial reabilitasiya işlərinin həyata keçirilməsi, eləcə də, həmin sahədə ixtisaslaşmış mütəxəssislərin bilik və bacarıqlarının artırılması, hədəf qrupu ilə bağlı elektron məlumatlar bazasının yaradılmasından ibarətdir.
Oktyabr ayında layihə çərçivəsində məişət zorakılığına məruz qalmış müxtəlif şəxslərə psixoloji və sosial reabilitasiya üçün məsləhətlər verilmişdir. Bu cür şəxslərlə iş müvafiq problemlərinin həlli istiqamətində layihəyə cəlb edilmiş mütəxəssislər tərəfindən “Azərbaycan Uşaqları” İB-nin nəzdində fəaliyyət göstərən Reabilitasiya və Re-İnteqrasiya Mərkəzində həyata keçirilmiş və ehtiyacı olanalra müvafiq yardımlar göstərilmişdir.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !