İrşad oteldə ilk psixoloji ünsiyyət görüşü keçirilmişdir. -

“İrşad” oteldə ilk psixoloji ünsiyyət görüşü keçirilmişdir.

 Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasınının dəstəyi ilə “Skalper” Xəstələrə Yardım İctimai Birliyinin “Özümüzə inanaq” - əhalinin həssas qrupları üçün psixoloji ünsiyyət görüşlərinin keçirilməsi” layihəsi üzrə 20 oktyabr 2017-ci il tarixdə saat 11.00-da “İrşad” oteldə ilk psixoloji ünsiyyət görüşü keçirilmişdir. Tədbirdə psixoloq Elnur Rüstəmov, onkoloq Səlim Əskərov, valideynlər, məktəb direktorları və psixoloqları, gənclər, ailələr, əhalinin həssas qrupuna daxil olan sosial təbəqələrin və KİV-media nümayəndələri iştirak etmişlər.
Layihənin eksperti AVMA İcraçı direktoru Şahin Rəcəbov tədbiri açaraq son dövrdə əhalinin psixogen durumundakı gərginlik, dünyada baş verən hadisələr, müharibələr, terrorizm, iqlim və atmosfer dəyişikliyi, qidalanmada GMO ların istifadəsi, müxtəlif xəstəliklərin yayılması, münaqişəli ailələrdə münasibətlər sistemi, virtual həyat və canlı ünsiyyət problemi, uşaqların tərbiyəsindəki nöqsanlar və aqressivlik tendensiyası, KİV-də gedən proqramların psixikaya təsiri, maddi-sosial sıxıntılar, adət və ənənələrin, mənəvi dəyərlərə təsir edən yad ünsürlər və s. məsələlərlə bağlı əhalidə, vətəndaşlarda psixloji balansın pozulması, stress və gərginliyin yaranması problemləriunıə toxundu. Bu problemlərin müzakirəsi, onlarda çıxış yolları, psixoloji sabitliyin və balansın qorunması üçün təkliflərin və məsləhətlərin verilməsi, dialoq və psixoloji ünsiyyətin təşkili üçün qeyd olunan sosial həssas təbəqələrlə 4 belə görüşün keçiriləcəyini bildirdi. Bu barədə mediada, sosial şəbəkələrdə geniş məlumatlar verilmişdir.O tədbirdə bununla bağlı fikir bildirmək üçün tanınmış psixoloq mütəxəssislərin iştirak etdiyinibildirərək, gərginliyi olanların müxtəlif suallarla müraciət edərək məsləhət almaq imkanları olduəunu qeyd etdi. Psixoloq Elnur Rüstəmov mövzu üzrə məruzə etdi və sualları cavablandırdı. Yığıncaqda iştirak edən professorlar, pedaqoqlar, məktəb psixoloqları mövzu üzrə öz fikirləri ilə bölüşdülər. İştirakçıların problemləri dinlənildi və onlara müvafiq faydalı məsləhətlər verildi. Növbəti görüşdə digər sosial həssas təbəqələrin və mütəxəssis ekspertlərin iştirak edəcəyi bildirildi. “Skalper” xəstələrə yardım ictimai birliyinin sədri doktor Səlim Əskərov da orqanizmin müxtəlif orqanlarındakı nasazlıqların insanınm psixoloji durumuna ciddi təsir etməsi, müxtəlif xəstəliklərin insanı stress və gərgin vəziyyətə salmasından danışdı və sağlamlığın qorunması, sabit psixoloji durumun mühafizəsi üçün müvafiq məsləhətlərini verdi. Təhsil İnstitutundan , professor Zəhra Muradova ünsiyyət mədəniyyəti, söz və münasibətlərin psixoloji duruma təsiri barədə maraqlı fikirləri ilə bölüşdü. Pişəvəri adına Gimnaziyanın direktoru məktəbdə psixoloqların fəaliyyəti, bu sahəyə xüsusi diqqətin vacibliyi barədə fikirləri ilə bölüşdü. Məktəb psixoloqları, QHT sədrləri, valideynlər mövzu ətrafında çıxışlar etdilər. Bəstəkar Xanım müəllimə stressi aradan qaldırmaq üçün müəllifi olduğu “Ana” mahnısını ifa etdi.
Layihənin məqsədi əhalinin həssas qrupularına psixoloji yardım göstərmək, stress, gərginlik, təşviş hallarını aradan qaldırmaq, onlarda özünə və həyata inamı bərpa edərək, sabit fəaliyyət potensialını inkişaf etdirmək, sağlamlıqlarını qorumaq, psixoloji maarifləndirmə və ölkə üçün pozitiv enerjili yararlı vətəndaş formalaşmasına dəstək verməkdir.
Layihənin vəzifələri:
• Qeyd olunan həssas əhali qrupları ilə 4 ünsiyyət görüşünün təşkili
• Gənc və münaqişəli ailələrdən olan valideynlər üçün ailədaxili münaqişələrin həllində psixoloji yardım, əqli və fiziki çatışmazlığı olan əlillər, uşaqlar, onların ailə üzvləri, əməliyyat keçirən fiziki qüsurlu uşaqlara qulluq edən ailə üzvlərinin psixoloji reabilitasiyasına dəstək vermək
• Risk qrupuna daxil olan kimsəsiz, küçə uşaqları və internatları bitirmiş və həyatlarını necə quracaqlarını bilməyən gənclər üçün psixoloji balanslaşma və korrektə işlərini aparmaq, sağlam həyat tərzini təbliğ etmək
• Müharibədən zərər çəkənlər, qaçqınlar, məcburi köçkünlər, Qarabağ müharibəsi iştirakçıları, şəhid ailələri, övladını itirmiş əsgər valideynləri ilə psioxoloji sabitləşmə və reabilitasiya, ünsiyyət görüşlərini təşkil etmək, stress və gərginliyi aradan qaldırmaq
• Zorakılığa məruz qalmış şəxslər, insan alveri qurbanları, narkotik istifadəçiləri və onların ailə üzvlərindən, HİV/AİDS-li və onkoloji xəstələrlə, onların ailə üzvləri ilə psixodiaqnostik və psixo sabitləşdirici işlər aparmaq.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !