Biz, Gənc Ekoloqlar - SÜLH carçısıyıq: Ekoloji terrora YOX deyək! adlı mövzusunda növbəti maarifləndirmə tədbir təşkil olunmuşdur. -

“Biz, Gənc Ekoloqlar - SÜLH carçısıyıq: Ekoloji terrora “YOX” deyək!” adlı mövzusunda növbəti maarifləndirmə tədbir təşkil olunmuşdur.

 “Sağlam Həyata Dəvət” İctimai Birliyi 21.10.2017-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Biz, Gənc Ekoloqlar - SÜLH carçısıyıq: Ekoloji terrora “YOX” deyək!” adlı layihə çərçivəsində həmin mövzu üzrə Bakı şəhərinin bir sıra orta məktəblərinin şagirdləri üçün silsilə şəklində növbəti maarifləndirmə tədbiri seminar təşkil etmişlər. Tədbirlərdə Bakı şəhərinin bir sıra orta məktəbləri, o cümlədən 6, 164, 276, 269 saylı orta məktəblərin, eyni zamanda “Modern School” BSU MLK şagirdləri iştirak etmişdir.
Layihənin əsas məqsədi son illərdə dünyanın bir çox nöqtələrində, o cümlədən Azərbaycanda baş verən hərbi münaqişələr və ölkəmizin 20% torpaqlarının işğalı nəticəsində törədilən ekoloji terrorun,ekoloji tarazlığın pozulması, ekoloji genosid (ekosid) halları haqqında məlumatların yayılması, hərbi münaqişələrin təbiətə və planetimizin sakinlərinə vurduğu ziyanı barədə məlumatlandırılması.
Tədbir çərçivəsində mövzu ətrafında kiçik sorğu, eyni zamanda müzakirələr aparılıb, layihə çərçivəsində həmin mövzu üzrə nəşr olunmuş bukletlər paylanıb.
Tədbirə qatılan 164 saylı orta məktəbin müəllim heyəti bu tədbirinin keçirilməsinin əhəmiyyətini vurğulayıb, uşaqların ekoloji məsələlər ətrafında birləşdirilməsi, zəbt olunmuş torpaqlarımızda müharəbə nəticəsində mövcud olan problemlərə inteqrasiyası və ekologiyanın mühafizəsinə dair işlərə cəlb olunmasını yüksək qiymətləndirmişdir.
Layihə rəhbəri Ü.Xudiyeva bir daha öz çıxışında belə bir vacib məsələyə həsr olunmuş layihəyə dəstək verdiyinə görə Şuraya, eyni zamanda tədbirin Milli Azərbaycan Tarixi Muzeyində təşkilinə görə şərait yaradan Müzeyin rəhbərliyinə bir daha təşəkkürünü bildirib.
Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !