Rzaquliyevlərin incə ruhları! - +FOTO ( AZpressAZ - Minə Türksoy, Rüstəm İsmayılov )

Rzaquliyevlərin incə ruhları! +FOTO ( AZpressAZ - Minə Türksoy, Rüstəm İsmayılov )

 Rəssamlıq həyat məktəbidir mənim aləmimdə. Düşünürım ki,heç bir əsər heçnədən yarana bilməz. Bir əsərin yaranması üçün mütləq səbəb olmalıdır. Necə ki, yaşamağın səbəbi nəfəs olduğu kimidir. Məsələn mənim fikrimcə insan sevməsə belə gözəlliyi yarada bilməz. Çünki yalnız sevən gözlər gözəl görüb, gözəllik yarada bilər. Bu gözəlliyi yaradanlardan biri isə Aytən xanım Rzaquliyevadır. Rzaquliyeva . Bəli hamımıza tanış gələn bu soyad Azərbaycanın tanınmış rəssamı Elbəy Rzaquliyevin möhürüdür. Aytən xanım Rzaquliyeva isə həmin möhürün silinməyən mürəkkəbidir desək yanılmarıq. Əsərlarində olan rəng çalarları, texnika özünəməxsusluğu ilə seçilir.
AZpress.AZ informasiya Agentliyinin verdiyi xəbərə əsasən bildiririk ki,21 oktyabr 2017 ci il tarixində Aytən Rzaquliyevanın "Əks" adlı ekspozisiyası Port Baku Mall da sənətsevərlərə təqdim olunmuşdur.
Aytən Rzaquliyeva A. Azim-zadə və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında və Mədəniyyət və İncəsənət Universitetində dərs deyir. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində "Rəsm və rəsm" kafedrasının müdiridir. Azərbaycan Rəssamlar İttifaqının üzvü. "Labirint" yaradıcılıq qrupunun təşkilatçılarından biridir.
2007-ci ildən 2014-cü ilə qədər bir çox beynəlxalq sərgilərin və biennalelərin iştirakçılarının, eləcə də fərdi sərgilərin müəllifidir.
"Art PAYIZ 2017" festivalı çərçivəsində "Natürmort. Peyzaj. İnsan" konsepsiyası ilə öz əsərlərini sərgiləmişdir. Sərgiyə bir çox tanınmış simalar , tanınmış rəssamlar Arif Əziz, Ağəli İbrahimov, Səbinə Şıxlinskaya və s. Qonaqlrı görmək olardı.
- Sərgi 21 - 31 oktyabradək açıq olacaq. Giriş sərbəstdir. Hər gün saat 10:00- dan 22:00-a qədər davam edəcək.
Festivalın İnformasiya dəstəyi Bele bele ishler və Baku jurnalıdır.
AZpress.AZ, Minə Türksoy.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !