Yeniyetmələrin məcburi əməyə cəlb olunmasına qarşı mübarizə sahəsində maarifləndirilmə işinin təşkili davam edir. -

“Yeniyetmələrin məcburi əməyə cəlb olunmasına qarşı mübarizə sahəsində maarifləndirilmə işinin təşkili” davam edir.

 Ailələrə Sosial Dəstək İctimai Birliyi “Yeniyetmələrin məcburi əməyə cəlb olunmasına qarşı mübarizə sahəsində maarifləndirilmə işinin təşkili” layihəsinin icrasını davam etdirir.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən dəstəklənən layihənin məqsədi yeniyetmələri insan alveri və məcburi əməyə qarşı mübarizə haqqında maarifləndirməkdən ibarətdir.
Quba şəhər Azad Məmmədov adına 2 saylı texniki-təbiət elmləri təmayüllü liseydə layihə çərçivəsində növbəti tədbir keçirilib. Tədbirdə Ailələrə Sosial Dəstək İctimai Birliyinin sədri, əməkdar müəllimə Esmira Rəhimova yeniyetmələrə layihə, onun əhəmiyyəti və donoru haqqında məlumat verib.
Layihənin eksperti məktəblilərə məcburi əməyin qanunla qadağan olunması, uşaq əməyinin istismarı və məcburi əməyə cəlb etmə hallarına qarşı mübarizə mövzusunda məlumatlandırıb.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !