Arzularını hədəfə çevir adlı seminarı həyata keçirilmişdir. -

“Arzularını hədəfə çevir” adlı seminarı həyata keçirilmişdir.

 Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının (AGAT) 13 oktyabr, 2017-ci il tarixində “Arzularını hədəfə çevir” adlı seminarı həyata keçirmişdir. Seminarın əsas məqsədi gənclərin məqsədlərinə nail olmaq üçün özünə güvənin, bacarıqlarının artırılması, ictimai həyatda fəallığın artması və hədəflərinin doğru müəyyən edilməsidir. Belə ki, seminarın açılışını Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası təşkilatının (AGAT) sədri Lalə Mehdiyeva açdı və təşkilatın gələcək planları barədə qısa məlumat verdi. Tədbirdə QHT sədrləri, gənc fəallar və aidiyyatı ekspertlər iştirak etmişdir.
Daha sonra seminarda etika üzrə peşəkar təlimçi, beynəlxalq təşkilatlar fandreyzinq üzrə fəaliyyət göstərmiş, Etika Akademiyasının direktoru Günel İbrahim çıxış etdi. Günel Ibrahim seminarda iştirak edən gənclərə arzunu hədəfə çevirən, onu reallığa yaxınlaşdıran formula barədə motivasiya xarakterli, maraqlı məlumat verdi. O yeni ideya formalaşdırmağın, ilk 5 dəqiqədə özünü uğurlu təqdim etmənin sirləri barədə danışdı. Tədbirin sonunda AGAT sədri Lalə Mehdiyeva seminarların davamlı olacağını və gənclərin marağına səbəb olacaq belə tədbirlərin keçirilməsinin vacibliyini vurğuladı.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !