MQF Mədəniyyət və Turizm Nazirliyində İntellektual insan və vətəndaş cəmiyyəti adlı dəyirmi masa keçirmişdir. -

MQF Mədəniyyət və Turizm Nazirliyində “İntellektual insan və vətəndaş cəmiyyəti” adlı dəyirmi masa keçirmişdir.

 Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumu (MQF) Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “QHT-lərə institusional inkişaf sahəsində xidmətlərin göstərilməsi” layihəsi çərçivəsində 16 oktyabr 2017-ci il tarixində Mədəniyyət və Turizm Nazirliyində “İntellektual insan və vətəndaş cəmiyyəti” adlı dəyirmi masa keçirmişdir.
Tədbirdə MQF-nin prezidenti Rauf Zeyni, Mədəniyyət və Turizm Nazirliyi və QHT nümayəndələri iştirak etmişdir. Tədbiri giriş sözü ilə açan Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şixəmmədov tədbir iştirakçılarını salamlayaraq “İntellektual insan və vətəndaş cəmiyyəti” mövzusunda fikir bildirmiş və layihənin əhəmiyyəti barədə demişdir : “artıq üç ildir ki, Mədəniyyət və Turizm Nazirliyi mədəniyyət sahəsində fəaliyyət göstərən QHT-ləri maliyyələşdirir, mədəni irsimizin qorunması sahəsində olan layihələri dəstəkləyir və bundan sonra da nazirlik dəstək verməyə daima hazırdır”.
Daha sonra Rauf Zeyni tədbir iştirakçılarını salamlayaraq tədbirin təşkilinə dəstək verən Azərbaycan Respublikası Mədəniyyət və Turizm naziri cənab Əbülfəs Qarayevə və nazirliyin heyətinə təşəkkürünü bildirmişdir. Mili QHT Forumunun yaranış tarixi, məqsəd və fəaliyyətləri barədə məlumat verən Rauf Zeyni iştirakçılara vətəndaş cəmiyyətinin tarixi və əhəmiyyəti barədə danışmışdır. Rauf Zeyni “Kamil vətəndaş, sivil cəmiyyət, güclü dövlət” mövzusunda çıxış edərək bildirmişdir ki, vətəndaş cəmiyyətinin inkişafı olmadan heç bir inkişafdan söz gedə bilməz. 2017- ci ildən bəri MQF-nin Mədəniyyət Mərkəzinin fəaliyyət göstərdiyini qeyd edən Rauf Zeyni eyni zamanda bildirmişdir ki, hazırda QHT-lər mədəniyyət sahəsi üzrə xarici ölkələrdə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması və mədəniyyətimizin tanınması məqsədi ilə tədbirlər həyata keçirir. Bunun üçün də vətəndaş cəmiyyətinin Mədəniyyət və Turizm Nazirliyi ilə sıx əməkdaşlığa, birgə tədbirlər həyata keçirməyə ehtiyacı vardır.
Tədbirdə mövzu ətrafında maraqlı müzakirələr aparılmış və bundan sonra da MQF ilə Mədəniyyət və Turizm Nazirliyinin daha geniş əməkdaşlıq etməsi təklif olunmuşdur.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !