"Aşıq Şəmşir" Mədəniyyət Ocağı İctimai Birliyində daha bir tədbir keçirildi. -

"Aşıq Şəmşir" Mədəniyyət Ocağı İctimai Birliyində daha bir tədbir keçirildi.

 Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının və "Aşıq Şəmşir" Mədəniyyət Ocağı İctimai Birliyinin birgə təşkilatçılığı ilə "Kəlbəcər şəhidləri haqqında oçerklərdən ibarət kitabın nəşri və geniş ictimaiyyətin iştirakı ilə təqdimatının keçirilməsi" adlı layihə əsasında "Aşıq Şəmşir" Mədəniyyət Ocağı İctimai Birliyində daha bir tədbir keçirildi.

Kəlbəcər rayonunun ədəbi və mənəviyyat beşiyi sayılmış, erməni vandalizminin qurbanlarından biri, Xocalı kimi yer üzündən silinmiş, Dədə Şəmşirin və ustad söz sərrafı Ağdabanlı Qurbanın yurd-yuvası sayılmış Ağdabanın igid, cəsur, qorxmaz, doğma kəndinin müdafiəsində dəyanətlə dayanaraq. Erməni vandallarına, silahlı quldur dəstələrinə dəfələrlə layiqli və tutarlı cavab veərək, onların qəniminə çevrilmiş Saşa Hüseynovun ömür və döyüş yolundan bəhs edən "Kecikmiş şəhidin ömür yolu" kitabının təqdimat; və xatirəsinə həsr olunmuş anım mərasimi keçirildi.

Təqdimat mərasimini açan "Aşıq Şəmşir" Mədəniyyət Ocağı İctimai Birliyinin sədr müavini Həbib Misirov Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının və "Aşıq Şəmşir" Mədəniyyət Ocağı İctimai Birliyinin birgə təşkilatçılığı ilə "Kəlbəcər şəhidləri haqqında oçerklərdən ibarət kitabın nəşri və geniş ictimaiyyətin iştirakı ilə təqdimatının keçirilməsi" adlı layihə haqqında tədbir iştirakçılarına geniş məlumat verərərk bidirdi ki, cənab Prezident İlham Əliyevin müstəqil dövlətimizin hərtərəfli inkişaf etdirilməsi istiqamətində yürütdüyü siyasətin həmçinin Ermənistanın işğal altında saxladığı ərazilərimizin azad edilməsinə hesablandığını xüsusi vurğulayaraq qeyd etdi ki, buna görə də hər bir Azərbaycan Vətəndaşının da üzərinə düşən borcu layiqincə yerinə yetirməlidir. Artıq reallaşan layihələrimizin də əsas qayəsi Vətənimizin hər guşəsini, xüsusən də işğal altında qalan Kəlbəcərimizi orada dünyaya gəlməyən və o cənnət-məkan yerləri öz doğamalarından, kitablardan və sənədli telefilmlərdən öyrənən gənc nəslə tanıtmaq, onlarda vətənpərvərlik hisslərini gücləndirməkdir.
Tədbirdə Kəlbəcər rayonundan olan, eləcə də respublika ədəbi ictimaiyyətinn nümayəndələri, həmçinin məktəblilər iştirak edirdilər. “Azərnəşr”in baş redaktoru Əlövsət Ağalarov, Kəlbəcərin tarixi və ədəbi dünyasının tədqiqatçılarından olan, Ağdaban faciələrinin şahidi və ilk qələmə alan, onlarla kitabın müəllifi, yazıçı-publisist, “Azərbaycan” qəzetinin əməkdaşı Məhəmməd Nərimanoğlu, Ağdabanlı Qurban, Dədə Şəmşir, Qənbər Şəmşiroğlu... ədəbi irsinin toplanıb nəşr edilməsinə xüsusi xidmətlər göstərən yazıçı-publisist Füzuli Ramazanoğlu, İctimai Televiziyanın əməkdaşı, jurnalist, “Ozan” verilişinin müəllif-aparıcısı Qorxmaz Firudinoğlu, Aşıq Şəmşir" Mədəniyyət Ocağı İctimai Birliyinin layihələr departamentinin rəhbəri, 23 nömrəli Kəlbəcər tam orta məktəbin direktoru Həqiqət Şükürova, təqdimatı keçirilən kitabın müəllifi, şairə-publisist, “Azad qələm” qzəetinin təsisçisi və baş redaktoru Nəcibə İlkin, qəzəlxan-şairə Gülarə Munis, yazıçı-dramaturq, Sumqayıt Dövlət Dram Teatrının rejissoru Ağalar İdrisoğlu, və digərləri Ağdaban faciələri barədə fikirlrini bölüşdülər.
Sonda düşmənə amansız olmuş, şəhidliyi ilə ailəsinə, el-obasına başucalığı gətirmiş Saşa Hüseynovun övladları – Gülbəniz və Mütəllim Hüseynovlar atalarına həsr edilmiş kitabın işığına toplaşmış vətənpərvər insanlara, xüsusən şairə Nəcibə İlkinə, təqdimatın yüksək səviyyədə təşkilinə görə "Aşıq Şəmşir" Mədəniyyət Ocağı İctimai Birliyinin rəhbərliyinə dərin minnətdarlıqlarını bildirdilər.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !