Su təmizləyici qurğunun açılış mərasimi keçirildi. -

Su təmizləyici qurğunun açılış mərasimi keçirildi.

 Azərbaycan Milli QHT Forumu (MQF) və “JTI Caucasus” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin maliyyə dəstəyi ilə 11 oktyabr 2017-ci il tarixində Ağdam rayonunun Dördyol qəsəbəsinin sakinlərini içməli su ilə təmin etmək məqsədilə quraşdırılmış su təmizləyici qurğunun açılış mərasimi keçirildi.
Tədbirdən öncə Ağdam Rayon İcra Hakimiyyəti başçısı cənab Raqub Məmmədov ilə görüş keçirildi. Cənab Raqub Məmmədov Dördyol qəsəbəsinin sakinlərini içməli su ilə təmin etmək məqsədilə quraşdırılmış su təmizləyici qurğunun açılış mərasimi münasibəti ilə Milli QHT Forumuna və “JTI Caucasus” şirkətinə öz minnətdarlığını bildirdi. Sonra İcra Hakimiyyəti başçısının birinci müavini cənab Allahverən Əliyev Dördyol qəsəbəsində su layihəsinin açılış mərasimində çıxış edərək MQF-ə və “JTI Caucasus” şirkətinə bu layihəni gerçəkləşdirdiklərinə görə öz dərin minnətdarlığını bildirdi. Daha sonra Milli QHT Forumunun (MQF) prezidenti Rauf Zeyni çıxış edərək ölkə prezidenti cənab İlham Əliyevin Regionların Sosial-İqtisadi İnkişafı çərçivəsində regionların sürətli inkişafını qeyd etdi və Ağdam rayonunun da bu mənada xeyli inkişaf etdiyini vurğuladı. Su layihəsinə dəstək verdiyinə görə Ağdam Rayon İcra Hakimiyyətinə və “JTI Caucasus” şirkətinə öz minnətdarlığını bildirdi.
“JTI Caucasus” şirkətinin meneceri cənab Əli Verdiyev MQF ilə birlikdə 6-cı layihənin icra olunduğunu qeyd edərək MQF-ə və Ağdam Rayon icra başçısına öz dərin təşəkkürünü bildirdi. O həmçinin JTI şirkətinin MQF ilə birlikdə həyata keçirdiyi 6 layihəni, ümumilikdə isə Azərbaycanda 8 belə layihə həyata keçirdiklərini vurğuladı.
Layihənin rəhbəri Günel İbrahim 6-cı layihənin həyata keçirildiyini qeyd etdi və JTI şirkətinə öz təşəkkürünü bildirdi. O həmçinin əlavə edərək bildirdi ki, belə layihələrin həyata keçirilməsi rayonlarda, xüsusilə də Ağdam rayonunda davam etdiriləcəkdir.
Sonda Rauf Zeyni çıxış edərək bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə işğal altında olan torpaqlarımız azad olunduqdan sonra Ağdamda, Şuşada, Xankəndində və bütövlükdə Qarabağda belə sosial layihələr həyata keçiriləcək.
Bununla da, layihənin açılış mərasimi uğurla başa çatdı və tədbirdə iştirak edənlər yeni çəkilmiş bulağın suyundan daddılar.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !