Gənc Bələdçi Modeli adlı layihə. -

“Gənc Bələdçi Modeli” adlı layihə.

 “Yeni Yol” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Gənc Bələdçi Modeli” adlı layihəsinə start verir. Layihənin əsas məqsədi gənc bələdçilərin turizmin inkişafında rolunun artırılması üçün onlara lazımı bacarıqları öyrətmək, xüsusi kurs və seminarlar vasitəsilə maarifləndirmək, tarixi və təbiət abidələrinə ekskursiyalar təşkil etməklə təcrübə qazandırmaq, turistlərlə ünsiyyət qaydalarını öyrətmək və yerli gənclərin bu sahədə sosial aktivliyini artırmaqdır.
Layihənin icra planına əsasən birinci mərhələ- iştirakçı seçimi mərhələsi başlayıb. Turizmə marağı olan, özünü bu istiqamətdə inkişaf etdirmək istəyən, ən azı 1 xarici dil bilən gənclər aşağıda göstərilən linkə daxil olaraq qeydiyyatdan keçə bilərlər.
Layihə çərçivəsində gənclər peşəkar ekspertlərin iştirakı ilə təlimlər keçəcəklər, Bakı və ətraf kəndlərdə yerləşən muzey və tarixi abidələri ziyarət edəcəklər, müxtəlif səfirlikləri ziyarət edib Azərbaycana gələn turistlərin yerli mədəniyyətləri ilə tanış olacaqlar, Quba, Şamaxı, İsmayıllı və Qəbələ istiqamətində ekskursiyalarda iştirak edəcəklər. Layihəni uğurla bitirən gənclərə sertifikat veriləcək və onların işlə təmin olunmasında köməklik göstəriləcək.
Qeydiyyat linki: https://goo.gl/forms/p42OuC3rLI09LULI2

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !