ADGTT-nın kollektivi festivalda uğurla çıxış edib. -

ADGTT-nın kollektivi festivalda uğurla çıxış edib.

  Xəbər verdiyimiz kimi Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivi Rusiya Federasiyasının Elista şəhərində (Kalmıkiya Respublikası) keçirilən “Keyeda” uşaq və yeniyetmələr üçün I Beynəlxalq Teatr Festivalında iştirak edib. Rusiya Federasiyası Teatr Xadimləri İttifaqının və Kalmıkiya Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə oktyabrın 1-dən 5-ə dək keçirilən Beynəlxalq Festivalda ölkəmiz ADGTT-nın hazırladığı A.Şaiqin “Tıq-tıq xanım” tamaşası ilə təmsil olunub.
Kollektiv festivaldan diplomlar və fəxri fərmanlarla geri dönüb. ADGTT-nın festivalda iştirak edən heyəti aktiv iştirakına, yüksək peşəkarlıq və yeniyetmələrlə peşəkar ünsiyyətə görə Elista şəhərinin Təhsil İdarəsinin Fəxri fərmanı, gənc nəslin təlim tərbiyəsində milli dəyərlərin yüksək səviyyədə qorunması və teatr sənətinin estetikasının düzgün çatdırılmasına görə Kalmıkiya Respublikasının Teatr Xadimləri İttifaqının diplomuna layiq görülüb.
Festivalda nümayiş olunan A.Şaiqin “Tıq-tıq” tamaşası xüsusi diploma layiq görülüb.
Diqqətə çatdırmaq istərdik ki, Kalmıkiya höküməti ADGTT-na yaradıcılıq uğurları, ölkəmizə sülh və əminamanlıq arzulayaraq minnətdarlıq məktubu yollamışdır. Məktubda iki respublikanın teatrları arasında inkişaf və ənənələrin qorunmasında göstərdiyi xidmətə görə ADGTT-na minnətdarlıq ifadə olunmuşdur. Qeyd edilmişdir ki, sözügüdən festival yaradıcılıq əlaqələrin daha da genişlənməsinə şərait yaradacaq bu əlaqələri daha da möhkəmlənəcəkdir.
“Keyeda” uşaq və yeniyetmələr üçün I Beynəlxalq Teatr Festivalında nümayiş olunan “Tıq-tıq” tamaşasının quruluşçu rejissoru Xalq Artisti, Prezident təqaüdçüsü Ağaxan Salmanlıdır. Tamaşada əsas rolları aktrisalar Günel Məmmədova, Aygün Fətullayeva, aktyorlar Elnur Hüseynov, Elnur Kərimov, İlham Əsədov, Müşfiq Əliyev, Elşən Şıxəliyev və Xalq Artisti Ağaxan Salmanlı ifa edir.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !