Odlar Yurdu universitetində konfrans keçirilib. -

Odlar Yurdu universitetində konfrans keçirilib.

  Bu gün “Azadlıq Hərəkatçıları” İçtimai Birliyi Odlar Yurdu universitetində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi, Azərbaycan Respublikası Təhsil Nazirliyi və AMEA-nın Dilçilik İnstitutunun təşkilati dəstəyi ilə Azərbaycan dilinin saflığının qorunmasına həsr olunmuş elmi-praktik konfrans keçirmişdir. Konfransı giriş sözü ilə açan universitetin rektoru, professor Əhməd Vəliyev konfrans iştrakçılarını salamlamaqqla, cəmiyyət üçün vacib olan bir məsələnin müzakirə ediləcəyi tədbirin iştrakçılarına uğurlar dilədi.”Azadlıq Hərakatçıları” İctimai Birliyinin sədri, layihənin rəhbəri Təhmasib Novruzov elmi-praktik konfransın keçirilməsinin başlıca məqsədi, Azərbaycan vətəndaşlarının, xüsusilə gənclərin ana dilinin saflığının qorunmasında üzərinə düşən vəzifələr, bu sahədə ölkə prezidentinin müəyyən elədiyi kursa uyğun fəallıq nümayiş etdirilməsinin vacibliyi barədə danışdı.
Konfransda “Azadlıq Hərakatçıları” İctimai Birliyinin SƏS TV onlayn televiziyası ilə birgə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə istehsal etdiyi “Televiziya proqramlarında Azərbaycan ədəbi dili” və “Dilimiz reklamlarda” sənədli filmləri nümayiş etdirildi. Filmlərdə Ana dilinin istifadəsində yol verilən qüsurlardan, dilimizin təmizliyinə xələl gətirən amillərdən bəhs edilirdi.
Filmlərin nümayişindən sonra AMEA-nın Diçilik institutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru, dosent Elçin İsmayılov, publisist-politoloq Reyhan Mirzəzadə, tanınmış tele-aparıcılar, Respublikanın Xalq Artistləri Ofelya Sənani, Eldost Bayram, Respublikanın Əməkdar Artisti Natəvan Hacıyeva, ,Odlar Yurdu universitetinin müəllimiTamella Aldayeva, universitetin Tələbə Elmi Cəmiyyətinin sədri Arzu Səfərova,tələbələr adından Kamilə Ağamalıyeva çıxış edərək problemin aktuallığı, dilin saflığının qorunmasında cəmiyyətin rolu, movcud qüsurlar və onların aradan qaldırılması yolları barədə fikirlərini konfrans iştrakçıları ilə bölüşdülər.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !