Şuranın dəstəklədiyi layihə Qubada icra olunur. -

Şuranın dəstəklədiyi layihə Qubada icra olunur.

Ailələrə Sosial Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Yeniyetmələrin məcburi əməyə cəlb olunmasına qarşı mübarizə sahəsində maarifləndirilmə işinin təşkili” layihəsini icra edir.
Layihənin məqsədi yeniyetmələri insan alveri və məcburi əməyə qarşı mübarizə haqqında maarifləndirməkdən ibarətdir.
Layihə çərçivəsində Quba şəhər Azad Məmmədov adına 2 saylı texniki-təbiət elmləri təmayüllü liseydə ilk tədbir keçirilib. Tədbirdə Ailələrə Sosial Dəstək İctimai Birliyinin sədri Esmira Rəhimova yeniyetmələr layihə və onun donoru haqqında məlumat verib.
Ekspert məktəblilərə məcburi əməyin qanunla qadağan olunması və bunun həm iş fəaliyyətinə, həm də sağlamlığa vurduğu ziyan haqqında məlumatlar verib.
Sonda yeniyetmələrə layihə çərçivəsində dəftərxana ləvazimatları hədiyyə edilib.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !