Maya Quliyeva: - ...bu polis mayorunun: TORPAQLARI SATIB GƏLMİSİNİZ İNDİ NƏ İSTƏYİRSİNİZ deməsi...

Maya Quliyeva: ...bu polis mayorunun: “TORPAQLARI SATIB GƏLMİSİNİZ İNDİ NƏ İSTƏYİRSİNİZ” deməsi...

 Sizə nə deyim, nə danışım və haradan başlayım bilmirəm.
Çox ağır söhbətdir.
Belə deyim də, yanımda danışan olanda qulaq misafiri olmuşam, deyirlər bəs filankəs "Vor zakondu",
danışıqlara o baxır...
Bax bu yaxınlarda o "Vor zakon"un birini şəxsən tanımaq şərəfinə nail oldum. Harda?
Xarici İşlər Nazirliyinin düz doqqazının ağzında.
Vallah.
Bax Nizami metrosundan çıxıb hardasa 300 metr üzü aşağı gedirsən, yolun qarşı tərəfinə boylananda, adı kimi binası da zəhimli olan o gözəlim məkanı görəcəksən .
Boylanın, keçib yaxınlaşmayın .
Niyə?
İndi ərz edəcəm niyə...
Deməli, sentyabrın 15-də gözəl Bakımızın ermənilərdən və onların ta dövrü-qədimdən havadarları olan ruş bolşeviklərindən, Nuri Paşa və qəhrəman əsgərlərinin fədakarlığı nəticəsində xilasının düz 99-cu ildönümü idi. Şəhidlər Xiyabanında ucaldılmış xatirə abidəsini ziyarət edən Qarabağ Azadlıq Təşkilatının sədri, üzvləri, Qarabağ əlilləri elə beşcə gün sonra, yeni ayın 20-də ermənistanlı diplomatların Bakıya gəlişinin doğru olmadığından, bu xalqın şəhidlərinə hörmətsizliyindən bəhs etdilər. Elə ordaca hazır toplanmışkən gedək etirazımızı bildirək – qərarını verdilər. Deyək ki, - "Bəlkə bəsdir bunların nazıyla oynadığımız ..." Gəldik XİN-nin qarşısına ...
Kaş, kaş ...
Kaş getməz olaydıq, vallah. Belə kənardan kiminsə satqın olduğunu eşidəndə az qalırıq dünyanı uçuraq ki, olmaz, a balam satqınlıq olmaz ...
Gedib özünün satqın olduğunu və hələ özününkündən də eşitmək necə olur vallah daha orasını anlatmağa nə sözüm çatar, nə də vaxtım .
Çox irəli getdim deyəsən. Qoy ətraflı deyirəm.
Deməli XİN-nin qarşısında - "Ya Qarabağ, ya ölüm", "Rədd olsun erməni havadarları", "Zəhranın qatilləri torpaqlarımıza ayaq basmasınlar" , "Düşmənlə düşmən kimi davranmalı", "Ermənidənsə, Dilqəmlə Şahbazı
gətirin" və sair kimi şüarlar səsləndi.
Bax elə öz əziz canımız üçün biz etiraz edəcəkdik, ordakılar da sakitcə durub qulaq asacaqdılar.
Hardan çıxdılar, hardan gəldilər bilmədim. Amma bir də gördüm bizi üzük qaşı kimi dövrəyə alıblar. Gəlib tökülüşdülər, adama 4 polis düşürdü. Bunlar hesablamamışdılar ki, bura gələnlər əlildirlər. Elə dörd əlilə bir polis bəs edərdi ...
Çox çək–çevirdən sonra polislər bu əlilləri itələyə-itələyə üzü aşağı yellədiler. Bizimkilərə quzu kəsimə, yarımcan olsalar da tələb etdilər ki, məsul vəzifəlinin biri gəlsin sözümüzü çatdıraq gedirik. Qırğına gəlməmişik başınıza dolanaq. Ya da biz heç yana getməyəcəyik.
Mən də bir kənardan durub işimi görürəm və işin gedişatına baxıram. Amma bir nəfər polis mayorunun da elə hey ağır sözlərinə qulağım mazol olub. Rəhim Məmmədov adlı bir əlilin : “Ya Qarabağ, ya ölüm”- deyə qışqırmağına, vəzifəsi asayışa xidmət etmək olan bu polis mayorunun: “TORPAQLARI SATIB GƏLMİSİNİZ İNDİ NƏ İSTƏYİRSİNİZ” deməsi kamerama qeyd olundu .......
Adam çönüb məni görəndə telefonumu əlimdən dartıb aldı. Və tələb etdi ki, çəkdiklərimi ona göstərim. Telefon yoxlanışa getməlidir deyib bir başqa polisə verdi. Telefonu məndən alarkən biləyimi tutub burmasını və əlimin üstün dırnaqları ilə cıran o polisden heç kimə, heç Xarici İşlər Nazirliyinin Mətbuat katibi çıxıb Qarabağ əlillərinə qulaq asanda da şikayət etmədim. (Guya etsəm nə olacaqdı ki ..!!!??? ).
Dəfələrlə: “O polis mayoru gəlsin desin görüm Qarabağı bu əliller necəyə satıb və satış vaxtı ordaydımı? Əlində bir sübutu varmı?” – deməyimə, təlebimə baxan olmadı. Bəlkə elə doğrudan bu əlillər satıblar Qarabağı?
Dəfələrlə əlillərdən gəlib üzr istəsin deməyimə baxmayaraq əməl edilmədi ...

Budu neçə gündü ancaq təhdidlər alıram. Bəli, şəklini yayımlayıram, bir didərgin, köçkün olaraq da şəxsən bir cavab verilməsini də tələb edirəm .!!!!
Adamın hər tərəfdən şəklini çəkmişəm. And ola Allaha ki, mən onun davranışlarından əksik bir hərəkət gözləyirdim, ona görə video kameranı açmışdım.
Lazım gəlsə, videosunu da yayımlayacağam....
Onu da qeyd edim ki, mənim lazımım sizin lazımınız kimi fərasətsiz deyil ,..
30 ildir əlillər satan Qarabağı ala bilməyən lazımı görən olub?
Artıq dərəcədə xahiş edirəm. Öz fərasətsiz lazımınızla menim lazımımı bir tutmayın ...

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !