Böyük Britaniya və Şimali İrlandiya Krallığının Azərbaycandakı səfiri Lənkəranda olub - + FOTO (AZpress.AZ – Ağaddin Babayev, Lənkəran)

Böyük Britaniya və Şimali İrlandiya Krallığının Azərbaycandakı səfiri Lənkəranda olub + FOTO (AZpress.AZ – Ağaddin Babayev, Lənkəran)

 Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım Karol Krofts tanışlıq məqsədilə bu gün Lənkəranda səfərdə olub. Səfər proqramı çərçivəsində xarici diplomat ilk öncə Lənkəran Şəhər İcra Hakimiyyətində İcra başçısı Taleh Qaraşovla görüşüb. Görüş zamanı İcra başçısı qonağa Lənkəran rayonunun tarixi, coğrafi mövqeyi, sosial-iqtisadi və mədəni həyatı barədə məlumat verib. Səmimi qəbula görə İcra başçısına minnətdarlığını bildirən səfir rayonda ingilis dilinin geniş tədris olunmasından və əhali tərəfindən həvəslə öyrənilməsindən məmnun qaldığını bildirərək bunun Böyük Britaniya-Azərbaycan əlaqələrinin daha da genişlənməsində mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. Sonra xanım Karol Krofts Lənkəran Dövlət Universitetində (LDU) tələbə və müəllim kollektivi ilə görüşərək burada ingilis dilinin tədrisi vəziyyəti ilə tanış olub. Hörmətli qonağa LDU-da son iki ildə tədrisin səviyyəsini yüksəltmək istiqamətində aparılan modern islahatlar, kadr hazırlığının təkmilləşdirilməsi sahəsində dünya təcrübəsinin tətbiqi barədə ətraflı məlumat verilib. Universitetdə fəaliyyət göstərən xarici dil kafedrasının işindən ətraflı bəhs edən rektor Natiq İbrahimov ingilis dilinin öyrədilməsi istiqamətində səmərəliliyi artırmaq, keyfiyyəti yüksəltmək məqsədi ilə səfirliyin xətti ilə bu dildə xüsusi dil kurslarının açılmasına ehtiyac duyulduğunu bildirərək bu məsələyə xanım səfirin yardımçı olmasını xahiş edib. Söhbət əsnasında Böyük Britaniyanın ali təhsil müəssisələri ilə qarşılıqlı elmi əməkdaşlığın, tələbə-müəllim mübadiləsinin forma və istiqamətləri müzakirə edilib, LDU-da müxtəlif ixtisaslarda təhsil alan tələbələrin bu ölkənin nüfuzlu təhsil ocaqlarında mübadilə proqramlarında iştiraklarının səmərəli ola biləcəyi xanım səfirin diqqətinə çatdırılıb
Xanım səfir Karol Krofts belə bir təkliflə təmsil etdiyi ölkənin aidiyyatı qurumlarını məlumatlandıracağını deyərək məsələnin həllinə yardımçı olacağını vəd edib. Sonra xanım Karol Krofts LDU-nun tələbələri ilə görüşüb. Görüşdə Böyük Britaniyalı diplomat tələbələri maraqlandıran çoxsaylı sualları cavablandıraraq onlarla canlı təmas yaradıb.
Tələbələrlə görüşdən sonra LDU-nun rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov xanım səfirə xatirə olaraq universitetin ingilis dili müəllimi Aynur Rzayevanın Lənkəran təbiətini əks etdirən tablosunu hədiyyə verib.
Ağaddin BABAYEV, Lənkəran

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !