«Azərikimya» İstehsalat Birliyində 20 sentyabr Azərbaycan neftçilərinin peşə bayramı günü münasibətilə təltif olunan kimyaçılarla görüş keçirilmişdir -

«Azərikimya» İstehsalat Birliyində 20 sentyabr Azərbaycan neftçilərinin peşə bayramı günü münasibətilə təltif olunan kimyaçılarla görüş keçirilmişdir

 «Azərikimya» İstehsalat Birliyinin akt zalında 20 sentyabr – Azərbaycan
neftçilərinin peşə bayramı günü münasibətilə təltif olunan kimyaçılarla görüş
keçirilmişdir.
Çıxış edənlər qeyd etmişlər ki, bu gün həm də onunla əlamətdardır ki, SOCAR
Prezidenti Rövnəq Abdullayev Sumqayıt şəhərində olmuş, “Azərikimya” İB-nin “Etilen-
polietilen” zavoduna gələrək əsaslı təmir və yenidənqurma işlərindən sonra Polimer
İstehsalatında inzibati və məişət binasının, Mexaniki emal sahəsinin, həmçinin Sənaye
və məişət tullantı sularının təmizlənməsi üçün tikilmiş yeni qurğunun açılışında iştirak
etmişdir.
“Azərikimya” İB-nin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar
Babayev boyük neftçilər ailəsi ilə birgə peşə bayramlarını qeyd edən kimyaçıları bu
əlamətdar gün münasibətilə təbrik etmiş, respublikamızın regionun ən qüdrətli
dövlətlərindən birinə çevrilməsində, iqtisadi inkişaf tempinə görə dünyada öncül bir
mövqeyə çıxmasında Azərbaycan neftçilərinin böyük əməyi, müstəsna xidmətləri
olduğunu dilə gətirmişdir. M.Babayev mütəmadi olaraq neft sənayesinin inkişafındakı
müstəsna xidmətlərinə görə fəxri adların verməsini, onların orden və medallarla təltif
etməsini ölkə başçısının Azərbaycan neft-kimya sənayesi işçilərinə göstərdiyi diqqət və
qayğının təzahürü, onların əməyinə verlən ən yüksək dəyər kimi qiymətləndirmiş,
Azərbaycan Respublikasının neft sənayesi işçilərinin təltif edilməsi haqqında Azərbaycan
Respublikası Prezidentinin 19 sentyabr 2017-ci il tarixli Sərəncamı ilə Prezidentin fərdi
təqaüdü verilmiş veteran kimyaçı Maqsud Eyvazovu, “Azərikimya”nın əməkdaşları
“Əməkdar kimyaçı” fəxri adına layiq görülmüş Nadir Alıyevi, “Tərəqqi” medalı ilə təltif
olunmuş İsrail Əfəndiyevi, Söhbət Qəhrəmanovu, Zakir Məmmədovu və Oqtay Niftəliyevi
təbrik etmiş və xoş arzularını çatdırmışdır.
Sonra "Etilen-Polietilen" zavodunun Qazayırma sahəsinin qazayırma aparatçısı
Afayət Baxışovaya, Piroliz qazının sıxılması və təmizlənməsi sahəsinin kompressor
qurğularının maşinisti Ziyafət Quliyevə, Təmir-Tikinti İdarəsinin Avadanlıqların təmiri və
xidməti sahəsinin elektrik qaz qaynaqçısı Zirəddin Aslanova, 2 saylı Təmir-tikinti və
korroziyadan mühafizə sahəsinin iş icraçısı Zaur Cəlilova və "Etilen-Polietilen" zavodunun
balansında olan “Kimyaçı” mədəniyyət sarayının direktoru Ədalət Quliyevə SOCAR
Prezidentinin Fəxri fərmanı və birdəfəlik pul mükafatı təqdim olunmuşdur. Həmçinin
“Etilen-Polietilen” zavodunun Piroliz qazının sıxılması və təmizlənməsi sahəsinin qaz
təmizləyici aparatçısı Minarə Ağayeva “İlin ən yaxşı kimyaçısı” adına layiq görüldüyünə
görə rəhbərlik tərəfindən təbrik edilmişdir.
Tədbirin sonunda “Azərikimya” İB tərəfindən təltif olunmuş 23 nəfər kimyaçıya –
Etilen-polietilen zavodunun və Təmir-tikinti İdarəsinin əməkdaşlarına fəxri fərman və pul
müfafatları təqdim olunmuşdur.
Tədbir boyu “Azərikimya” İB-də həyata keçirilən modernizasiya və yenidənqurma
işləri, qazanılmış texniki nailiyyətlər, əməkçilərin istehsalat fəaliyyəti, onların ildən-ilə
yaxşılaşmaqda olan məişət və sosial-mədəni həyatı dolğunluğu ilə foto-slaydlar
vasitəsilə tədbir iştirakçılarının nəzərinə çatdırılmışdır.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !