ADAU-nun Baytarlıq Klinikası tibbi xidmətlər təklif edir -

ADAU-nun Baytarlıq Klinikası tibbi xidmətlər təklif edir

 15 sentyabr 2017-ci il tarixində Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) açılmış Baytarlıq Klinikası ev heyvanlarına xidmət göstərməyə tam hazırdır. Türkiyə İşbirliyi və Koordinasiya Agentliyinin (TİKA) ilə dəstəyi ilə universitetə verilmiş 29 adda, Türkiyə, Kanada, Almaniya, ABŞ və Cənubi Koreyada istehsal olunmuş avadanlıq və alətlər vasitəsilə baytarlıq təbabəti və zoomühəndislik fakültəsinin təcrübəli baytar həkimləri tərəfindən heyvanların müayinəsi, ultrasəslə müayinə, rentgen, cərrahi əməliyyatlar müasir standartlara uyğun həyata keçirilir. Klinikada mövcud olan qeydiyyat, müayinə, ultrasəslə müayinə, rentgen, cərrahi əməliyyat otaqları xüsusi antibakterial örtüklə üzlənmiş, mebel, tibbi şkaflar və digər avadanlıqlarla təchiz edilmişdir.


Klinikanın təklif etdiyi xidmətlərdən faydalanmaq istəyənlər aşağıdakı ünvana müraciət edə bilərlər:
Gəncə şəhəri, Ozan küçəsi 210.
ADAU-nun baytarlıq korpusu