Şirinxanım Kərimbəyli ŞADİMAN - OĞRU

Şirinxanım Kərimbəyli ŞADİMAN OĞRU

 Bəşər oğurluqla məşğul dünyada,
Bir gündə səbəbdi min bir fəryada.
Biri rüşvət alıb hər gün cib soyur,
Neçə imkansızın ürəyin oyur.
Kiminə oğurluq gündəlik peşə,
Çəkir zənginlərin ürəyin şişə.
Kimi bir özgənin yığdığı varı,
Dədəmalı təki eyləyir yarı.
Kimi könüllərdən közü oğurlar,
Kimi bir misrayçın sözü oğurlar,
Kimi sinələrdən ürək oğurlar,
Kimi fırıldaqdan kələk oğurlar.
Kimi ocağından od-kül oğurlar.
Kimi can bağından saf gül oğurlar.


***


Bəşər bir-birini soymaqla məşğul,
Ayağının altın oymaqla məşğul.
Kimi şan-şöhrətə ucalmaq üçün,
Gecələr yatmayır çeynəyir için.
Mininə alçalsın, qul olsun nə qəm?
Yalançı şöhrətdən təki olsun dəm.
Heç qiymət vermədi çoxu şərəfə,
Kiminsə önündə çökdü min dəfə.
Çox vaxt ucalmaqçın yandıran qəlbin,
Görmür yıxılanda dərənin dibin.
Kimi özgəsinin məhəbbətini,
Müqəddəs, ilahi səadətini,
Sanki iblis kimi keçirtdi ələ,
Qurdu bir bədbəxtin eşqinə tələ.
Kim xəstə ruhuna dad oğurlayır.
Kimi də özünə ad oğurlayır.
Hamı oğurluqla məşğul dünyada,
Lakin gətirmirik bircə an yada,
Bizdən yuxarıda Allahımız var,
Bilmirik heç neçə sabahamız var...
Tanrının Əzrayıl bir mələyi var,
Ona da oğurluq ilahidən yar.
Hər şeyin oğrusu olan insanın,
Bir gün o Əzrayıl oğurlar canın!...

 

4.02.2001
Şirinxanım Kərimbəyli ŞADİMAN

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !