Lənkəranda yeni teatr mövsümü başlayıb - + FOTO (AZpress.AZ – Ağaddin Babayev, Lənkəran)

Lənkəranda yeni teatr mövsümü başlayıb + FOTO (AZpress.AZ – Ağaddin Babayev, Lənkəran)

 Lənkəran Dövlət Dram Teatrı özünün 127-ci mövsümünə başlayıb. Bu münasibətlə keçirilən açılış mərasimində teatrın direktoru Tofiq Heydərov, aparıcı səhnə ustaları, respublikanın Xalq artistləri Böyükxanım Əliyeva və Qabil Quliyev çıxış edərək kollektivin ötən mövsümdə qazandığı nailiyyətlərdən, cari mövsümdə qarşıda duran vəzifələrindən danışıblar.
Açılış mərasimindən sonra tamaşaçılara yazıçı Hafiz Mirzənin “Ay lolo və ya moskvalı gəlin” komediyası təqdim olunub.
Teatrın rejissoru, Əməkdar artist Adil Zeynalovun quruluş verdiyi tamaşada hadisələr keçmiş Sovetlər dövründə cərəyan edir. Moskvada ordu sıralarında xidmət edən Güləli Vətənə qayıdarkən özü ilə Nataşa adlı bir rus qızı gətirir. Anasının əcnəbi gəlinini qəbul etmədiyini gördükdə isə Güləli Nataşanı etnoqraf tələbə kimi qələmə verməyə nail olur. Bu halda hamı etnoqraf qonağa hörmət edərək, onun bir neçə ay qalıb xalqımızın etno¬qra¬fiyasını içdən öyrənməsinə şərait yaradır. Bunun hiylə olduğunu başa düşən Güləlinin anası Gültamam arvad Nataşaya qəsdən elə bir həyat tərzi göstərir ki, o, buralardan baş götürüb geri qayıtsın. Nataşa guya etnoqrafiyanı canlı şəkildə öyrənir deyə, çox məşəq¬qətlərə, çətinliklərə dözür, yerli adət-ənənələrə uyğun həyat tərzi keçirməyə çalışır. Gültamam arvad hətta cindar Xanağanın köməyindən də yararlanmaq istəyir. Bu zaman o, cindarın qarşısında bir vaxtlar Dərviş Məstəli şah Parisi dağıtdığı kimi, indi Moskvanın dağıdılması tapşırığını qoyur. Hadisələrin sonunda Gültamam və Gülağa rus qızı Nataşanı oğlanları Güləli üçün almağa və onu gəlin kimi qəbul etməyə razılaşsalar da, Nataşa artıq axşam qatarı ilə qaçıb Moskvaya qayıdır. Bu isə 1991-ci ildə Moskvada dövlət çevrilişi – “QKÇP” ilə eyni günə təsadüf edir. Gültamam və Gülağa bu hadisələrin cindar Xanağanın yazdığı duanın təsirindən baş verdiyini, Nataşanın da məhz buna görə baş götürüb qaçdığını düşünürlər.
Maraqla izlənilən tamaşanın quruluşçu rəssamı Məzaim Qurbanov, musiqi tərtibatçısı Fərahim Fərəcovdur.
Əsas rolları əməkdar artistlər Sucəddin Mirzəyev və Adil Zeynalov, ak¬tyor¬lardan Allahverən Babayev, Təranə Fərəcova, Sayad Əliyev, Şəbnəm Hüseynova, Ülkər Quliyeva, Nizami Qurbanov və digərləri ifa ediblər.
Ağaddin BABAYEV, Lənkəran

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !