Sentyabrın 15-i ölkəmizdə kino mövsümünün başlanğıc günüdür - + FOTO ( AZpress.AZ - Mais Ibrahimov, Ağcabədi )

Sentyabrın 15-i ölkəmizdə kino mövsümünün başlanğıc günüdür + FOTO ( AZpress.AZ - Mais Ibrahimov, Ağcabədi )

Azərbaycanın milli kino sənəti 119 il ərzində əlamətdar hadisələrlə zəngin özünəməxsus inkişaf yolu keçərək xalqımızın mədəni-mənəvi həyatında mühüm rol oynayıb. 1898-ci il avqustun 2-də Bakı elmi-foto dərnəyinin katibi, naşir və fotoqraf Aleksandr Mişonun lentə aldığı “Bibiheybətdə neft fontanı yanğını”, “Əlahəzrət Buxara əmirinin yolasalma mərasimi”, “Qafqaz rəqsi” xronikal sənədli və “İlişdin” adlı bədii süjetlərinin nümayişi ilə milli kino sənətinin əsası qoyulub.


Ümummilli lider Heydər Əliyevin 2000-ci il 18 dekabr tarixli Sərəncamı ilə məhz həmin gün - avqustun 2-si hər il Azərbaycanda Kino Günü kimi qeyd olunmağa başlayıb.


Son 10 ildə ölkəmizdə kino sənayesinin inkişafı istiqamətində mühüm addımlar atılıb, kinomuzun maddi-texniki bazası möhkəmləndirilib. Prezident İlham Əliyevin 2008-ci il 4 avqust tarixli Sərəncamı ilə təsdiq olunan “Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı” Azərbaycan kino sənətinin inkişafında yeni mərhələnin başlanğıcını qoyub.


Regionlarda film nümayişi işinin təşkili və inkişaf etdirilməsi üçün mədəniyyət və turizm naziri Əbülfəs Qarayev tərəfindən əmr imzalanıb: "Bundan sonra hər il sentyabrın 15-də ölkəmizdə kino mövsümünün başlanğıcı kimi qeyd olunacaq. Bu tarixdən başlayaraq regionlarda fəaliyyət göstərən Heydər Əliyev mərkəzlərində, mədəniyyət saraylarında, eyni zamanda film nümayişi üçün müvafiq imkanları olan digər mədəniyyət müəssisələrində ekran əsərləri nümayiş etdiriləcək. Ağcabədi rayonunda da film nümayişinə başlanıldı.Tamaşaçıların ilk izlədiyi film "Heydər Əliyev mədəniyyətimizin hamisidir" filmi oldu.

 

 

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !