"Kentaydan Ulutauya doğru: Tarixi yaddaşın yenilənməsi" adlı III beynəlxalq ekspedisiyasının nəticələri barədə elmi konfrans keçirildi - + FOTO

"Kentaydan Ulutauya doğru: Tarixi yaddaşın yenilənməsi" adlı III beynəlxalq ekspedisiyasının nəticələri barədə elmi konfrans keçirildi + FOTO

Astanadakı Milli Akademik Kitabxanada Beynəlxalq Beynəlxalq Türk Akademiyasının (TWESCO) təşkilatçılığı ilə keçirilən "Kentaydan Ulutauya doğru: Tarixi yaddaşın yenilənməsi" adlı III beynəlxalq ekspedisiyasının nəticələri barədə elmi konfrans keçirildi.
Forumda diplomatlar, Qazaxıstan Parlament Məclisinin deputatları, Qazaxıstanın, Azərbaycanın, Qırğızıstanın, Özbəkistan, Rusiya və Türkiyənin, Monqolustanın məşhur türkçü alimləri, arxeoloqları və Akademiyanın həyata keçirdiyi III ekspedisiyanın iştirakçıları olan jurnalistləri iştirak ediblər.
Akadameyanın prezidenti Darxan Kıdıralı tədbiri açaraq, ekspedisiyanın məqsədi, Monqolustan Elmlər Akademiyasının Tarix və Arxeologiya İnstitutunun verdiyi dəstəkdən danışdı. O qeyd etdi ki, Beynəlxalq Türk Akademiyasının keçirdiyi ekspedisiyalarda məqsəd Qazaxıstan prezidenti Nursultan Nazarbayevin “İctimai təfəkkürdə modernizasiya” proqramından irəli gələn məsələləri həyata keçirməkdir. Ulu türklərin yaşadıqları qədim yerləri arayıb tapmaq, onların tarixdə qoyduqları izləri dünyaya tanıtmaq, türk və islam mədəniyyətinə aid olan türbələri, yaşayış yerlərini öyrənib dünya elminə çatdırmaq üçün Beynəlxalq Türk Akademiyası 2015-ci ildən tədqiqatlar aparır. Bu tədqiqatların nəticəsində Qızıl Ordanın tarixə məlum olmayan tərəflərinə artıq alimlər və arxeoloqlar tərəfindən işıq tutulub. Akademiyanın rəhbəri eyni zamanda bildirdi ki, Bilgə xaqanın Monqolustan Tarix Muzeyində saxlanılan qızıl tacının surəti və digər qiymətli və dəyərli eksponatların surəti də Beynəlxalq Türk Akademiyasına verilib.
Tədbirdə iştirak edən Monqolustan Milli Muzeyinin direktorunun müavini Jamsranjavın Bayarsayxan hun və qədim Türk dövrlərinə aid olan eksponatların surətinin Beynəlxalq Türk Akademiyasına verdiyini bildirdi və qeyd etdi ki, Monqolustanın Milli Akademiyasın ilə birlikdə “Monqolustanda qədim coğrafi ərazilərin adları xəritəsi”ni yaratmaq barədə saziş imzalanıb. O eyni zamanda geofiziki axtarışlar nəticəsində Monqolustanda bir neçə gizlin qalmış arxeoloji eksponatlar olan ərazilərin şəkillərini göstərərək, həmin yerlərdə də tezliklə axtarışlar aparılacağını söylədi.
Tanınmış alim , türkoloq və arxeoloq Napil Bazılxan beynəlxalq ekspedisiyanın 3 ildə gördüyü işlər, “Şivet Ulan” məqbərəsindən tapılan eksponatlar barədə hesabat verərək, bildirdi ki, gələcəkdə İlteriş Kutluk xaqanın iqamətgahı olan Şivet Ulanda açıq muzey fəaliyyət göstərəcək.
Qazaxıstanın dövlət xadimi Mırzatay Joldasbekov Kentaydan Ulıtauya qədər təşkil olunan beynəlxalq ekspedisiyanın türk dünuyası üçün böyük əhəmiyyət kəsb etdiyini söyləyərək, özünün dəyərli məsləhətlərini də verdi. Rusiya Federasiyası Ali Şurasının mərhəmər və xeyriyyəçilik, Vicdan azadlığı və dinçilik üzrə komitəsinin sər müavini Murad Zərkişiyev və Qırğızıstanın «Кыргыз туусу» qəzetinin məsul katibi Nazarbek Baygiqitov , Türkiyənin “Vatan” qəzetinin analitiki, alim və jurnalist Kürşad Zorlu, NTV televiziyasının siyasi və analitik verilişlər redaksiyasının rəhbəri Ahmet Yaşıltəpə öz çıxışlarında Türk Akademiyasının apardığı elmi araşdırmaların tarixin gizlin səhifələrinə işıq saldığını, tarixdə iz qoyub gedən xaqanların və sərkərdələrin, alimlərin dəfn olunduğu yerləri ziyarət etməyin çox böyük savab olduğunu da diqqətə çatdırdılar. Belə tədqiqatların aparılmasının türk xalqlarının birləşməsində, daha da mehriban olmasında xüsusi rol oynadığını dedilər.
Konfransda çıxış edən araşdırmaçı jurnalist Aida Eyvazlı Beynəlxalq Türk Akademiyasında mühüm ideyaların və layihələrin gerçəkləşdiyini, buna layihələr üzərindən Türk dünyasın yeni körpülər salındığını, yollar açıldığını söylədi. Arzusunda olduğumuz Birliyin əbədi olması üçün elmimizi, bilgilərimizi genişləndirməyimizin əhəmiyyətindən danışdı. Eyniz amanda konfransda iştirak edən alimlərə, jurnalistlərə və ziyalılara müraciət edərək, Türk dünyasının baş tacında ən parlaq ulduzlardan biri olan Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi yubileyiniun keçirilməsində Azərbaycan Parlament Jurnalistlər Birliyinin irəli Sürdüyü “AXC-100” layihəsində iştirak etməyə çağırdı:
Mən üzümü sizə tutub demək istəyirəm ki, türk dünyasının bu şərəfli tarixində izi olan insanlar Məhəmməd Əmin Rəsulzadə, Əli bəy Hüseuynzadə, Əlimərdan bəy Topçubaşov, Xosrov bəy Sultanov, Fətəli xan Xoyskiy Səməd bəy Mehmandarov və digərləri haqqında, həmin şanlı tarix haqqında təhqiat və axtarışlar aparsanız, öz dərgilərinizdə və qəzetlərinzdə çap etsəniz bu ümumi işimizin xeyrinə olar. Mən çox istəyərdim ki, buradakı qonaqlar və həmkarlarım Türk tarixinin qızıl səhifəsi olan Azərbaycan Xalq cümhuriyyəti haqqında tarixi, ədəbi məqalələri, sənədləri işlədiyiniz redaksiyalarda, çap edib çoxaldın, həm də mənə həmin məqalə və sənədləri göndərin. Həmin yazıları həm siz, həm də biz dərc edərək, mübadilə edəcəyik. Bu çanlı tarixi əbədiləşdirmək də qoy sizin də imzanız imzalar içərisində olsun. Bizim layihəyə əsasən 100 illiklə əlaqədar 100 məqalə çap olunacaq. Cümhuriyyətimizin 100 illiyi münasibəti ilə ən yaxşı yazı müəllifləri Azərbaycanda yubiley tədbirlərinə dəvət alacaq və mükafatlandırılacaqlar.
Məqsədimiz Cümhuriyyətlə bağlı yazıların təqdimatının gerçəkləşməsini təmin etməkdir. Düşünürəm ki, türk dünyasının jurnalistləri, tədqiqatçıları olaraq biz birlikdə üzərimizə düşən missiyanı yerinə yetirməliyik. Bununla da Azərbaycan həqiqətlərini bir daha dünyaya çatdırmış olacağıq”.
Təntətənli tədbirin sonunda TWESCO-nun prezidenti Darxan Kıdıralı beynəlxalq ekspedisiyanın iştirakçılarına təşəkkürünü bildirdi.