Məzahir Süleymanzadənin "Nağıl gerçək olacaq..." kitabını çapdan çıxdı -

Məzahir Süleymanzadənin "Nağıl gerçək olacaq..." kitabını çapdan çıxdı

 "Orxan" Nəşriyyat Poliqrafiya Müəssisəsi yazıçı-publisist Məzahir Süleymanzadənin "Nağıl gerçək olacaq..." kitabını çapdan buraxıb. Kitaba müəllifin uşaqlar üçün yazdığı şeirlər, hekayələr, nağıllar toplanmışdır. "Nağıl gerçək olacaq..." kitabının naşiri və redaktoru Cəfər Əzizoğlu, korrektoru Gülnar Teymurzadədir. Tanınmış şair-publisist, Rəsul Rza mükafatı laureatı Etibar Etibarlının Məzahir Süleymanzadənin uşaq yaradıcılığı ilə bağlı qeydləri də kitaba daxil edilmişdir. Qeyd edək ki, bu, müəllifin "Çiçək ətirli Məryəm" kitabından sonra balacalarla ikinci görüşüdür.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !