Lənkəran Dövlət Universitetində professor-müəllim heyəti üçün hazırlanmış xidməti mənzillər istifadəyə verilib - + FOTO ( Azpress.AZ - Ağaddin Babayev, Lənkəran )

Lənkəran Dövlət Universitetində professor-müəllim heyəti üçün hazırlanmış xidməti mənzillər istifadəyə verilib + FOTO ( Azpress.AZ - Ağaddin Babayev, Lənkəran )

Аzərbаycаn Respublikası Prezidentinin 19 yanvar 2015-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planının 2-ci bəndinə əsasən ali təhsil müəssisələrində kampusların yaradılması nəzərdə tutulub.
Eyni zamanda Azərbaycan Respublikasında ali təhsilin Avropa məkanına inteqrasiyası nəzərdə tutulur və ölkənin ali təhsili Baloniya prosesinə qoşulub. Baloniya prosesinin müddəalarından biri də ali təhsil müəssisələrində müəllim və tələbələrin mübadiləsindən ibarətdir.
Lənkəran Dövlət Universitetində (LDU) bu istiqamətdə artıq ilk addımlar atılır. Bu il ilk dəfə olaraq LDU-da professor-müəllim heyətinin mobilliyini təmin etmək məqsədilə hər birinin sahəsi 50,5 kv.m olmaqla 6 ikiotaqlı mənzil tikilərək istifadəyə verilib. Qeyd edək ki, mənzillər qonaq, yataq otaqları, eləcə də mətbəx və sanitar qovşağı ilə girişdən ibarətdir. Binada eyni zamanda texniki otaqlar və anbar da nəzərdə tutulub. Beləliklə, istifadəyə veriləcək binanın ümumi sahəsi 360 m2 təşkil edir. Mənzillər zəruri avadanlıqlarla (televizor, soyuducu, yataq dəsti, stol, stul və yumşaq mebel) tam təmin edilib.
Sentyabrın 14-də LDU-nun 2 saylı tədris korpusunun ərazisində inşa olunmuş yeni xidməti mənzillərin təntənəli açılış mərasimi keçirilib. Tədbiri giriş sözü ilə LDU-nun rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov açaraq son illər ölkədə təhsilin inkişafı istiqamətlərində aparılan davamlı və səmərəli işdən danışıb,ölkə başçısı cənab İlham Əliyevin bu sahəyə göstərdiyi diqqət və qayğının təhsilimizin inkişafına müsbət yönümdə təsir etdiyini vurğulayıb. Rektor xidməti mənzillərin tikintisində göstərdiyi maddi və mənəvi dəstəyə görə kollektiv adından Təhsil Nazirliyinə minnətdarlığını çatdırıb.
Açılış mərasiminə qatılan Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Möhübbət Babayev, respublika Təhsil Nazirliyinin elm, ali və orta ixtisas təhsili şöbəsinin sektor müdiri Sülhəddin Gözəlov və digərləri çıxışlarında universitetin professor-müəllim-tələbə heyətini ilk öncə yeni tədris ilinin başlanması münasibəti ilə təbrik edərək cari dərs ilində uğurlar arzu ediblər. Çıxışçılar yeni mənzil alanlara Azərbaycan elminin inkişafı naminə uğurlu fəaliyyət diləyiblər.
Yeni mənzilə köçənlərin minnətdarlıq duyğularını gənc alim Vüsal Rzayev çatdırıb. O, göstərilən diqqət və qayğıya görə Təhsil Nazirliyinin rəhbərliyinə, LDU rəsmilərinə və bu işdə zəhməti keçənlərə yeni mənzil alanlar adından təşəkkürünü bildirib, göstərilən etimadı səmərəli fəaliyyətləri ilə doğruldacaqlarını deyib.
Açılış mərasimindən sonra xidməti mənzillərin açarları təntənəli şəkildə sahiblərinə təqdim olunub.Tədbir iştirakçıları mənzillərdə yaradılan şəraitlə əyani tanış olublar.

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !