İranın idarə rəisi Lənkəran teatrında olub - + FOTO ( Azpress.AZ - Ağaddin Babayev, Lənkəran )

İranın idarə rəisi Lənkəran teatrında olub + FOTO ( Azpress.AZ - Ağaddin Babayev, Lənkəran )

 İran İslam Respublikasının Parsabad Şəhər Mədəniyyət İdarəsinin rəisi Qərib Mənuçehri Lənkəran Dövlət Dram Teatrında olub. Hörmətli qonaq əvvəlcə teatrın inzibati binası, tamaşa zalı, geyim və dekorasiya sexləri ilə tanış olub, həmçinin yeni səhnə əsərinin məşq prosesini izləyib.


Yaradıcı kollektivlə görüşdə Qərib Mənuçehri Lənkəran teatrında yaradılmış şəraitdən məmnun qaldığını, aktyorların professionallıq səviyyəsinin onu valeh etdiyini bildirib:“Sizin kollektivin gücünə, potensialına hələ 10 il öncə - parsabadlı sənətçilərin şəhərinizdə, teatrınızın səhnəsində oynadıqları “Nəsimi” tamaşasından sonra bələd olmuşam. Üç ay əvvəl - iyunun sonlarında Parsabadda qastrol səfəriniz də yüksək səviyyədə keçdi. Siz öz istedadınızın coşğunluğu ilə iranlı teatrsevərlərin qəlbini fəth etdiniz”.


Lənkəran teatrının direktoru Tofiq Heydərov isə öz növbəsində Azərbaycan-İran mədəni əlaqələrinin getdikcə daha da sürətlə inkişaf etdiyini, belə görüşlərin və qarşılıqlı əməkdaşlığn hər iki ölkə arasındakı mədəni əlaqələrin inkişafında xüsusi önəm daşıdığını diqqətə çatdırıb:”Biz sizin şəhərinizdə olduğumuz 3 gün ərzində tərəfinizdən əsl dostluq, qardaşlıq münasibətləri müşahidə etdik. Çıxışlarımız üçün yaratdığınız yüksək şəraitə və qonaqpərvərliyə görə bir daha minnətdarlığımızı bildirir və sizin sənətçilərinizin də yenidən səhnəmizdə tamaşa oynamaları üçün eyni şəraiti yaratmağı öhdəmizə götürürük”.


Lənkəran teatrının aparıcı səhnə ustası, Azərbaycanın Xalq artisti Qabil Quliyev də çıxışında Parsabad şəhərində qastrol səfəri zamanı onlara göstərilən diqqət və qayğıya görə iranlı qonağa təşəkkürünü çatdırıb.

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !