Qəbələdə baş vermiş yanğının 80 faizi söndürülüb -

Qəbələdə baş vermiş yanğının 80 faizi söndürülüb

Bir neçə gün əvvəl Qəbələ Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Bum meşəbəyliyinin Abrıx, Dandıx, Solquca kəndləri ətrafındakı meşə sahələrində baş vermiş yanğının 80 faizi Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar Nazirliklərinin əməkdaşlarının səyləri nəticəsində söndürülüb.

 

Hazırda bir-birindən aralı məsafələrdə yerləşən kiçik közərtilərin söndürülməsi işləri Dandıx-Tikanlı, Dandıx-Solquca istiqamətlərində davam etdirilir.


Xatırladaq ki, baş vermiş yanğınla əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ətraf rayonlardakı meşə müəssisələrinin, qoruq və milli parkların, o cümlədən mərkəzi aparatın əməkdaşları artıq 5 gündür ki, ərazidədir.


Təxirəsalınmaz və operativ tədbirlər davam etdirilir.


ETSN-də dəyən ziyanı dəqiqləşdirmək və nəticələri aradan qaldırmaq üçün tədbirlər görülür. 

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !