Lənkəran teatrında yeni mövsümün vəzifələri müzakirə olunub - + FOTO ( Azpress.AZ - Ağaddin Babayev, Lənkəran )

Lənkəran teatrında yeni mövsümün vəzifələri müzakirə olunub + FOTO ( Azpress.AZ - Ağaddin Babayev, Lənkəran )

Sentyabrın 5-də Lənkəran Dövlət Dram Teatrında yeni mövsümün vəzifələrinə dair kollektivin ümumi yığıncağı keçirilib. Tədbiri giriş sözü ilə açan teatrın direktoru Tofiq Heydərov əvvəlcə ötən mövsümün yekunlarına nəzər salaraq əldə olunan nailiyyətləri bir daha yada salıb. Bildirilib ki, ötən mövsüm teatr üçün uğurlu keçib. Kollektiv İranın Rəşt şəhərində Bəhram Beyzayinin “İlan Sultan” tamaşası ilə qastrol səfərində olub. Cari ilin noyabr ayında isə teatrın truppası Qazaxstanın Aktau şəhərinə qastrol səfərinə gedəcək. Hazırda səfərin detalları dəqiqləşdirilir.


Qeyd olunub ki, teatrda rejissor, Əməkdar artist Adil Zeynalovun quruluşunda Ə.Haqverdiyevin “Xortdanın cəhənnəm məktubları” əsəri tamaşaya hazırlanır. İlin sonuna kimi daha bir neçə səhnə əsərinin hazırlanması da nəzərdə tutulub.


İclasda kollektivin üzvləri təklif və mülahizələrlə çıxış ediblər.


 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !