Qurban bayramı münasibətilə Kəlbəcər rayonundan olan məcburi köçkünlərin Bakı şəhərində məskunlaşan bir qrupu ilə görüş keçirilib -

Qurban bayramı münasibətilə Kəlbəcər rayonundan olan məcburi köçkünlərin Bakı şəhərində məskunlaşan bir qrupu ilə görüş keçirilib

Qurban bayramı münasibətilə Azərbaycan Dəmir Yolları QSC-nin sədri, Azərbaycan Respublikası Milli Məclisinin üzvü Cavid Qurbanovun tapşırığına əsasən Kəlbəcər rayonundan olan məcburi köçkünlərin Bakı şəhərində məskunlaşan bir qrupu ilə görüş keçirilib.



Görüşdə ziyalılar, ağsaqqallar, aztəminatlı ailələr və şəhid ailələri iştirak edib.


Tədbirdə çıxış edən Həbib Misirov öncə tədbir iştirakçılarını millət vəkili Cavid Qurbanovun müqəddəs Qurban bayramı münasibətilə təbrikini catdırıb və bildirib ki, məcburi köçkünlərə olan dövlət qayğısı bu gün də ən yüksək səviyyədə həyata keçirilməkdədir.Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nərticəsində öz doğma torpaqlarından didərgin düşən məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması daim dövlətimizin diqqətindədir. Qaçqın və məcburi köçkünlərin sosial ehtiyaclarının ödənilməsi məqsədilə ümummilli lider Heydər Əliyevin sərəncamı əsasında “Qaçqın və məcburi köçkünlərin problemlərinin həlli üzrə Dövlət Proqramı” təsdiq edildi. Prezident İlham Əliyev həmin siyasəti uğurla davam etdirir. Qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlər nəticəsində bu günə qədər onlarla müasir tipli qəsəbə, o cümlədən Bakıda və ölkənin müxtəlif regionlarında çoxmərtəbəli yaşayış evləri tikilərək istifadəyə verilibdir. Kəlbəcərlilər onlara göstərilən diqqət və qayğıya görə dövlət başçısına öz minnətdarlıqlarını bildirdilər.


 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !