Parisdə Avropa Şurası Parlament Assambleyası Bürosunun, Hüquqi məsələlər və insan hüquqları, Siyasi işlər və demokratiya, həmçinin Monitorinq komitələrinin  iclasları keçiriləcək -

Parisdə Avropa Şurası Parlament Assambleyası Bürosunun, Hüquqi məsələlər və insan hüquqları, Siyasi işlər və demokratiya, həmçinin Monitorinq komitələrinin  iclasları keçiriləcək

Sentyabrın 4-dən 7-dək Parisdə Avropa Şurası Parlament Assambleyası Bürosunun, Hüquqi məsələlər və insan hüquqları, Siyasi işlər və demokratiya, həmçinin Monitorinq komitələrinin  iclasları keçiriləcək.


İclaslarda Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədri, ölkəmizin təşkilatdakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçılıq etdiyi deputat qrupu iştirak edəcək. 


Nümayəndə heyətinə deputatlardan Sahibə Qafarova, Vüsal Hüseynov və Sabir Hacıyev daxildirlər.


Büro iclasında Avropa Şurası Baş katibinin qurumun fəaliyyətinə dair məruzəsi dinləniləcək,  AŞ PA-nın payız sessiyasının gündəlik  layihəsi təsdiqlənəcək, həmçinin yeni siyasi qrupun – “Azad demokratlar qrupu”nun formalaşdırılması ilə bağlı məsələnin müzakirəsi nəzərdə tutulmuşdur. 


Assambleyanın komitələrinin iclaslarında nümayəndə heyətimizin üzvləri müzakirəyə çıxarılacaq məsələlərə münasibət bildirəcək,  öz qeyd  və təkliflərini verəcəklər.

 

                                                                                                                             Milli Məclisin
                                                                                                                             Mətbuat xidməti
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !