MAYA QULIYEVA: - ...nifrətimi bildirirəm. Torpaq da sizdən bezib. ...

MAYA QULIYEVA: ...nifrətimi bildirirəm. Torpaq da sizdən bezib. ...

 ALLAH buyurur : "Xəta istisna olmaqla heç bir möminə başqa bir mömini öldürmək yaraşmaz.
Hər kəs səhvən bir mömini öldürərsə , bir mömin kölə azad etməli və ölənin ailəsinə qan bahası verməsi isə istisnadır."" ( Nisa surəsi 92.)

 

Dədəm (atam) avtomobil qəzası zamanı rəhmətə gedib. Uşaqdım, ağlım kəsən vaxtlar deyildi. Dedilər dədəm rulda yuxulu olub qarşıdan gələn "ZiL" maşınının yoluna çıxıb. Dəfndən sonra əmim mamamı çağırıb ki , bəs o tərəfdən adamlar gəlib səninlə danışmaq istəyirlər . Mamam da əmimə: - Sən böyüksən, özün bilərsən - demişdi .
Əmim də adamların gətirdiyi un , qənd , şəkər , düyü , 1000 manat pul (1988- ci ilin dekabrında ) və bir qoyunu geri qaytararaq : - Biz şikayətçi deyilik , gedin oğlunuzu qurtarın - deyib.
Belə bir təcrübəm olduğundanmı, bilmirəm , yoxsa , dünyaya öz gözlərimlə baxdığımdanmı, bilmirəm - heç kim avtoqəzadan sığortalanmayıb – deyənlərdənəm.!
Və istisna olmaqla bu kimi qəzalarda hamının anlayışlı olmasının tərəfdarıyam.
Heç kim səhər- səhər : - Mən bu gün üç körpəni atasız, ananı balasız qoyacam - deyərək çıxmır evindən. Qəza istənmədən törədilən əməldir .
Heç kim avtomobil qəzasından sığortalanmayıb. O sürücünün yerinə də biz ola bilərdik , qəzada dünyasını dəyişənin də.
Amma qəza da var qəza...
Adətən avtomobil qəzalarında - avtomobilin texniki nasazlığı ,sürücünün içkili olması , yolun yararsız olması , yolun buz bağlaması , yüksək sürət , hava şəraiti , havanın dumanlı , piyadanın özünün səhlənkarlığı , sürücünün yuxulu olması və s. ən əsas ilkin səbəblər kimi gətirilir. Bu yaxınlarda 2 nəfərin ölümü , 2 nəfərin də ağır yaralanmasına səbəb olan və günlərdi gündəmdən düşməyən qəzaya baxaq.
Baş nazirin müavini , Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin 1998- ci ildən bu günümüzədək sədri olan Əli Həsənovun nəvəsi , 23 yaşlı Nail Elman oğlu Allahverdiyevin idarə etdiyi bahalı avtomobil
- nasaz idimi ,
- avtomobil qəza törədərkən hərəkət etdiyi Heydər Əliyev adına prospektin yolundamı problem vardı ,
- bəlkə yol buz bağlamışdı ,
- hava dumanlı , yağmurlu idimi ,
- yaralanan turistlər piyada keçidindənmi istifadə etməmişdilər ,
- bəlkə ölən piyada sərxoş halda yolun ortasıyla gedirmiş ,
Bunların heç biri....

Yaxşı , fərz edək ki , yaşıdlarından çox- çox gözəl həyat yaşayan , bahalı maşın alacaq qədər "fərasətli" , "savadlı" olan bu gəncin işlərinin çoxluğundan, ayıq sürücünün varlığından xəbəri yoxdu. Amma bir məmur balasının axşam saatlarında şəhərin tam mərkəzində avtoşluq etməsi - onların nələrəsə , kimlərəsə və ya sırf özlərinə güvəni olduqlarını sübut etdi.
Bəs, illər əvvəl hörmətli Prezidentimizin məmurlar və onların harınlamış övladları haqda dediklərini necə ola bilər ki , eşitməsinlər ??
Yenə deyirəm , işinin çoxluğundan eşitməyə bilər. Bəs, valideyn də mi deməyib - " A bala, hərəkətinə fikir ver , bax, yarıçılpaq şəkillərini sosial şəbəkələrdə yayma. O qəlyana , o dəm - dəsgahlı masana tamahı keçən olar . O qızlarla , kişisən, lüt - üryan nədi elə ? Böyük var , kiçik var.
Maşınlarını yanaşı qoyub göstərişə çıxartma , bala. Hamı sənin kimi fərasətli deyil ki . Sənin var , o birinin də nəfsi keçər .O avtoşluqdu- nədi , eləmə, bala . Allah eləməmiş , başına iş gələr . Kimsə cəhənnəm , özünə bir şey olar. Kimlərinsə ağzını yummağa nə var ki ? Samovarda qalananan dollar qədər dollarımız da var , ayı kababına yox , o ayını qril elətdirməyə də...
Amma bunların hamısından betəri Prezidentə gedib çatmağıdı , atana , babana söz gələr."
Bir tərbiyəli , fərasətli övlad bunları bilməliydi axı...
Evdə rüşvət almaq və vermək o qədər adi haldır ki , orda böyüyən uşaq da “ Hər şeyi pul həll edir “ fikri ilə böyüyür.
Deyək ki , doğrudan Ağdamın və bütün Qarabağın "sayılıb – seçilən " qaçqınları , yeri gələndə onlara öz haqları olan evləri satan Qaçqınkomun sədri Əli Həsənovdan yerdən göyəcən razıdılar . Bəs, o Əli Həsənov niyə haqqında təkzib materiallar aparılmasına sərf etdiyi qızıl vaxtının 10 dəqiqəsini ayırıb bu xalqa - Biz bir səhv edib belə harını böyütmüşük. Nəvəm çox böyük səhv edib , cəzasını da layiqli çəkəcək - sözünü niyə bu xalqa demədi ?
Deyə bilərsiniz ki , bəlkə ölənlərin yaxınlarına sözün deyib !
Mən əminəm ki , Əli Həsənov onlara artıqlaması ilə "sözün deyib." Hələ mən ondan da lap əminəm ki , o yaralıları lazım gəlsəydi Amerikaya da aparardı, ya da Amerikadan həkimlər də gətizdirərdi.
Amma çıxıb televizorda - qaçqınlar pulu əllərinə alan kimi bazar - dükana qaçmasınlar işığın , qazın , suyun pulunu ayırsınlar- deməyə vaxt tapa bildi ...


Köçkünlər üçün salınan qəsəbələrin yerindən asılı olaraq , qiymətləri də dəyişir. Ağlınıza şəhərin mərkəzinə yaxın, metronun yanına yaxın evlər gəlməsin e…. Bizlərdə erməniyə yaxın və uzaq qəsəbələrdən söhbət gedir...
1 otaqlı evlər 3000 min manatdan 4500 manatacan , yeni sahibinin adına keçirtmək isə 1500- 2000 –cə min manatdır.
Hələ nənə və babanın evi, onlar rəhmətlik olandan sonra ev "əldən çıxmasın" deyə adına övladlığa keçirilən nəvələrdən gedib çatan "pay" ları demirəm. Bundan heç söhbət etməyəcəm , çünki o ev nənə- babadan sonra onsuz da satılacaq . Və o nəvə böyüyəndə onun valideyni yenə məcbur olub bir elə xərc çəkib ev alasıdı. Sabahkı qiymətə bel bağlamayan qaçqın , 5- 6 yaşlı övladın atasına "oğul" verməklə öz aləmində dövlətə “ beşlik “ gəlir də .
Düzdü belə halda, sağ olsunlar , arada məhkəmələrimizin də qazancı olur .

İllər əvvəl , 2015 - ci ilin yenə avqust ayında Qaçqınkom Əli Həsənovun müavini və öz doğmaca xalası oğlu Gəray Fərhadovun bərkgedən oğlu Elvin Fərhadov oz dostları ilə "KaMaz" markalı avtomobilin sürücüsü Nurlanı Sumqayıt şəhər Travmotoloji xəstəxanalıq edəndə nə oldu ki , indi də nə ola..????!!!!
Mən bunları yazmaqla Əli Həsənovdan artıq nə isə tələb etmirəm . Lazım gəlsəydi o, çıxıb xalqın qarşısında beş cümlə deməli idi. Deməli, lazım gəlməyib !
Mən , onun "pay"ına şirnikləşib öz qonşusunu , qohumunu , dostunu satan xainlərə , ikiüzlülərə nifrətimi bildirirəm. Torpaq da sizdən bezib. Allah sizə bir "Qalik" yetirsin...Nə qədər ki , biz bizik ...

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

 

ŞƏRHLƏR :

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır ) 

 

 

 

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !