Şəmkir rayonunun ictimaiyyəti ötən ilin aprel ayında canını Vətən yolunda qurban verən Altun Dəmirlinin 20 yaşını böyük tənətənə ilə qeyd edib - + FOTO

Şəmkir rayonunun ictimaiyyəti ötən ilin aprel ayında canını Vətən yolunda qurban verən Altun Dəmirlinin 20 yaşını böyük tənətənə ilə qeyd edib + FOTO

Bu gün Şəmkir rayonunun ictimaiyyəti ötən ilin aprel ayında canını Vətən yolunda qurban verən Şəmkirin Düyərli kəndində doğulub boya başa çatan Altun Dəmirlinin 20 yaşını böyük tənətənə ilə qeyd edib.

 

 

 

Şəmkir rayonunun icra hakimiyyətinin nümayəndələri, Şəmkir Rayon İdman Cəmiyyətinin, Düyərli kəndinin icra nümayəndələri, Düyərli kəndinin q və 2 saylı məktəbin müəllim və şagirdləri, rayon ictimaiyyəti Şəmkirin  doğulduğu evindəki güşəsiniə gül-çiçək dəstələri qoymuşlar.

 

 

Daha sonra tədbir Şəmkirin dəfn olduğu qəbristanlıqda davam edib. Məktəblilər şəhdin məzarı üstə vətənpərvərlik və şəhidlərin qəhrəmanlığına həsr olunmuş şerlər səsləndirib, öz çıxışlarında Altun kimi saf, qeyrətli və məğrur bir igidin onların həyat idealı olduğunu söyləyiblər.

 

 

Digər çıxış edənlər Aprel şəhidlərinin Azərbaycanın qəhrəmanlıq tarixinə yazdıqları silinməz izdən danışıblar. Altun Dəmirli yaşasaydı bu gün 20 yaşını qeyd edərdi.

 

 

İndi Vətən torpaqları uğrunda canından keçən şəhidlərimiz aramızda cismən olmasalar da, ruhən daima bizimlədirlər.

 

 

Gün o gün olsun ki, onların arzuları çin olsun, uğrunda canlarını verdikləri Vətən torpaqları işğaldan azad edilsin.

 


 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !