Azərikimya İstehsalat Birliyi Həmkarlar ittifaqı Komitəsinin II hesabat-seçki konfransı keçirilmişdir -

Azərikimya” İstehsalat Birliyi Həmkarlar ittifaqı Komitəsinin II hesabat-seçki konfransı keçirilmişdir

 Azərikimya” İstehsalat Birliyi Həmkarlar ittifaqı Komitəsinin II hesabat-seçki konfransı keçirilmişdir. Gündəlikdə dayanan 5 məsələ - Birlik Həmkarlar ittifaqı Komitəsinin və Təftiş komissiyasının hesabatlarının dinlənilməsi, İdarə heyətinin, təftiş komissiyasının üzvlərinin və Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin V qurultayına nümayəndələrin seçilməsi məsələləriöz təsdiqini tapdıqdan sonra,“Azərikimya” İstehsalat Birliyi Həmkarlar ittifaqı Komitəsininsədri Vaqif Ömərov2012-2017-ci illəri əhatə edənhesabat məruzəsi ilə çıxış etmişdir. Hesabat məruzəsində ötən dövr ərzində komitənin fəaliyyəti, işçilərin əmək və məişət şəraitinin yaxşılaşdırılması, sosial-iqtisadi hüquqlarının qorunması istiqamətində həyata keçirilən tədbirlər və görülən işlər haqqında ətraflı məlumat verilmişdir.
Sonra Birlik HİK Təftiş komissiyasının sədri Taliyə Nəbiyevanın hesabat məruzəsi dinlənilmişdir.
Hesabat məruzələri ətrafındaEtilen-Polietilen zavoduHəmkarlar İttifaqı Komitəsinin sədr müavini Nizami Çələbizadə, Təmir-tikinti İdarəsininHəmkarlar İttifaqı Komitəsinin sədri Sabir Hüseynovçıxış edərək, çalışdıqları müəssisələrdəişçilərə olunan yardım və dəstəkdən, asudə vaxtlarının, yay istirahətlərinin səmərəli təşkilindən, işçilərə yaradılan sağlam iş və normal məişət şəraitindən danışmış,həmçinin kimyaçıların qayğılarından və mövcud problemlərdən söhbət açmışlar.
Konfransın işində iştirak edən Azərikimya” İstehsalat Birliyi Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayev və Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Cahangir Əliyev çıxış edərək konfrans iştirakçılarını təbrik etdilər, yeni seçiləcək Komitəyə uğurlar arzuladılar.
Sonra Azərikimya” İstehsalat Birliyi Həmkarlar ittifaqı Komitəsinin fəaliyyəti qənaətbəxş hesab olundu və Təftiş komissiyasının hesabatı təsdiqləndi. Hər iki məsələ ilə bağlı qərar layihəsi qəbul olundu.
Digər üç məsələnin müzakirəsinə əsasən “Azərikimya” İstehsalat Birliyi Həmkarlar ittifaqı Komitəsinin nümayəndə heyəti, Təftiş Komissiyası və Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin V qurultayına nümayəndələr seçildi.
Vaqif Xıdır oğlu Ömərov yenidən Azərikimya” İstehsalat Birliyi Həmkarlar ittifaqı Komitəsinin sədri seçildi.

Rafiq Oday
Vüqar Abdullah (foto)

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !