MİLLİ MƏCLİSİN DEPUTATI BEYNƏLXALQ KONFRANSDA İŞTİRAK EDƏCƏK -

MİLLİ MƏCLİSİN DEPUTATI BEYNƏLXALQ KONFRANSDA İŞTİRAK EDƏCƏK

Milli Məclisin deputatı, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev avqustun 25-də Qazaxıstanın paytaxtı Astanaya səfər edəcək. Səfər çərçivəsində  deputatımız  “Yeni nüvə təhlükələri ilə üz-üzə” mövzusunda keçiriləcək Elm və Ümumdünya məsələləri üzrə 62-ci Paqouş konfransında iştirak edəcək.


Azay Quliyev nüvə silahının yayılmaması, beynəlxalq terrorizmlə mübarizədə  ATƏT PA-nın həyata keçirdiyi işlər  haqqında konfrans iştirakçılarına məlumat verəcək və bu istiqamətdə digər beynəlxalq qurumlarla gələcək əməkdaşlıq haqqında təkliflərini səsləndirəcək. 


Səfər çərçivəsində Azay Quliyevin Qazaxıstan Respublikasının Parlament Senatının sədri Kasımjomart Tokaev və digər rəsmilərlə görüşləri də nəzərdə tutulmuşdur.


Səfər avqustun 30-da başa çatacaq.

Milli Məclisin
Mətbuat xidməti

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !