Lənkəranda dini mövzuda maarifləndirici tədbir keçirilib - + FOTO ( Azpress.AZ - Ağaddin Babayev, Lənkəran )

Lənkəranda dini mövzuda maarifləndirici tədbir keçirilib + FOTO ( Azpress.AZ - Ağaddin Babayev, Lənkəran )

Lənkəran rayonunun Bəlləbur kənd məscidi dini icması tərəfindən həyata keçirilən “İslam həmrəyliyi sülh və birliyə töhfə kimi” adlı layihə çərçivəsində həmin yaşayış məntəqəsində maarifləndirici tədbir keçirilib.


Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Emin Həmidli, Bəlləbur kənd tam orta məktəbinin direktoru Elçin Səfərov, Daşdatük kənd məscidi dini icmasının sədri Şahid Babayev, Bəlləbur kənd məscidi dini icmasının sədri Sabir Cəfərov və kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər.


Tədbiri giriş sözü ilə açan DQİDK-nin Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Emin Həmidli İslamda həmrəylik, birlik çağırışlarının müqəddəs kitabımız olan Qurani-Kərimə gedib çıxdığını bildirib. E.Həmidli mütərəqqi din olan İslam dininin cəmiyyəti həmrəyliyə çağıran, vəhdətə dəvət edən ilahi mesajlara söykəndiyini qeyd edib. Bu baxımdan Prezident İlham Əliyevin 2017-ci ili “İslam həmrəyliyi ili” elan etməsi ilə ölkəmizin müqəddəs missiya yerinə yetirdiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.


Bəlləbur kənd tam orta məktəbinin direktoru Elçin Səfərov çıxışında Azərbaycanda tarixən tolerant, multikultural və həmrəylik münasibətlərinin mövcud olduğunu vurğulayıb. E.Səfərov ölkəmizin İslam həmrəyliyinin Azərbaycan modelini yaratdığını, bununla nəinki müsəlman şərqinə, ümumilikdə, bütün dünyaya həmrəylik mesajları verdiyini bildirib.


Daşdatük kənd məscidi dini icmasının sədri Şahid Babayev, Bəlləbur kənd məscidi dini icmasının sədri Sabir Cəfərov, din xadimi Gündüz Zeynalov və digərləri də çıxışlarında sülh və həmrəylik dini olan İslam dininin hər cür bölücülüyü, təfriqəni, fitnə-fəsadı rədd etdiyini bildirərək, müsəlmanların ən böyük silahının vəhdət silahı olmasının vacibliyini qeyd ediblər.


Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, DQİDK tərəfindən nəşr olunan dini təyinatlı maarifləndirici ədəbiyyatlar paylanılıb.


Qeyd edək ki, tədbir Prezident İlham Əliyevin dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədi ilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən keçirilib.


 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !