ADAU-da John Deere pambıqyığan kombaynı istifadəçiləri üçün təlimlər keçirilir - + FOTO

ADAU-da John Deere pambıqyığan kombaynı istifadəçiləri üçün təlimlər keçirilir + FOTO

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) John Deere-9970 pambıqyığan kombaynlarının idarə edilməsi üzrə təlimlərə başlanılıb. Təlimlər Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi “Aqrolizinq” ASC-nin əməkdaşlıq çərçivəsində təşkil olunub. Təlimlərdə ilkin mərhələdə respublikanın müxtəlif bölgələrindən olan 80 nəfər dinləyici üçün nəzəri və praktik dərslər keçirilir. Təlimlər ADAU-nun Yerüstü nəqliyyat vasitələri və texniki servis, Kənd təsərrüfatı texnikası kafedrasının əməkdaşları tərəfindən aparılır. Tədris məqsədilə məqsədilə universitetə gətirilmiş 2 ədəd pambıqyığan maşını üzrərində texnika istifadəçilərinə praktik məsələlər izah edilir.


Qeyd edək ki, təlimləri aparan ADAU-nun əməkdaşları John Deere şirkətinin müəllimlər üçün təşkil etdiyi təlimdə fəal iştirak edərək yüksək nəticələr göstərmişlər.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !