Bu mahnı Bir an da hitə çevriləcək - FOTO+VİDEO

Bu mahnı “Bir an”da hitə çevriləcək FOTO+VİDEO

 Gənc müğənni, bəstəkar, Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin IV kurs tələbəsi Ataxan Əliyev "Bir an'' adlı mahnısına çəkilən klipi təqdim edib.
Sözləri və musiqisi Ataxan Əliyevə aid olan “Bir an” mahnısı ölkənin əsas hitlərindən olmağa hədəflənib və müəllifin ikinci işidir.
Müəllifin sözlərinə görə, sözügedən mahnının klipi onun Respublika İncəsənət Gimnaziyasından olan sinif yoldaşları və dostlarının səyi nəticəsində ərsəyə gəlib.
Xatırladaq ki, bir müddət öncə Əliyevin “I am always near” (Həmişə yanındayam) adlı layihəsinin təqdimatı baş tumuşdu.
Ataxan Əliyev 1997 -ci il Rusiyanın İjevsk şəhərində anadan olub və Vətənə qayıtdıqdan sonra Şəmkirdə musiqi məktəbinə daxil olub. O, ailəsi ilə birgə Bakıya köçərək musiqi məktəbində fortepiano və vokal dərsləri üzrə təhsilini davam etdirir. Ataxan Əliyevin bir ifaçı kimi əsas məqsədi bəstələri ilə Azərbaycanı onun hüdudlarından kənarda tanıtmaqdır.
O, bir çox yaradıcı layihələrin, festival və müsabiqələrin fəal iştirakçısı olub.
Sizə gənc müğənninin yeni işini təqdim edirik:

 

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !