ADU-da CLS Turkish proqramının bağlanış mərasimi keçirilib - + FOTO

ADU-da “CLS Turkish” proqramının bağlanış mərasimi keçirilib + FOTO

Avqustun 11-də Azərbaycan Dillər Universitetində (ADU) universitetin Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Jalə Qəribovanın təşkilatçılığı ilə ABŞ Dövlət Departamentinin Amerika Şurası və ADU-nun birgə layihəsi olan “CLS Turkish” (Önəmli Dil Təqaüdü) proqramının bağlanış mərasimi keçirilib.


ADU-nun rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdulla universitetin amerikalı tələbələr üçün mehriban bir məkana çevrildiyinə ümid etdiyini deyib. ABŞ-ın ölkəmizdəki səfirliyinə və tələbələrin Bakıya gəlməsində dəstəyi olmuş digər qurumlara təşəkkürünü bildirən K.Abdulla onların Bakını seçməsindən məmnun olduğunu söyləyib. O, tələbələrin istər türk dilini öyrənmək, istərsə də digər məqsədlər naminə ADU-ya yenidən qayıtmaq arzusunda olmaları üçün universitetin öz səylərini əsirgəmədiyini bildirib. Türk dilini öyrənməyin tələbələr üçün böyük türk mədəniyyətinə daxil olmaq, eyni zamanda dünyamızın bütövlüyünü bir daha hiss etməkdə kifayət qədər ciddi zəmin olduğuna ümid etdiyini qeyd edən K.Abdulla onların burada keçirdikləri günlərin ABŞ-Türkiyə münasibətlərinə, o cümlədən ABŞ-ın digər dövlətlərlə əlaqələrinə isti komponent əlavə etdiyinə inandığını deyib. Bu gün Azərbaycanın öz qoynunda müxtəlif mədəniyyətləri birləşdirdiyini, dünyanın müxtəlif dillərində danışan insanların özlərini burada rahat və perspektivə yönəlmiş şəkildə hiss etməsi üçün böyük işlər görüldüyünü qeyd edən K.Abdulla ölkəmizdə keçirilən çoxsaylı beynəlxalq tədbirlərin buna sübut olduğunu deyib. Dünyanın müxtəlif yerlərindən olan insanların Azərbaycana gəlməsindən məmnun olduğunu deyən K.Abdulla ölkəmizin artıq dünyada tanındığını vurğulayıb. O, bu cür multikultural və tolerant mühitin Azərbaycanda tarixən mövcud olduğunu və hal-hazırda dövlət tərəfindən davam etdirilərək gələcəkdə daha da inkişaf edəcəyini söyləyib. Bakının amerikalı tələbələrin gənc yaddaşlarında əbədi qalacağına inandığını deyən K.Abdulla şəhərimizin də onları unutmayacağını bildirib. Bakıda onları gözləyən dostların olduqlarını söyləyən K.Abdulla amerikalı tələbələrə həyatlarında xoşbəxtlik və gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !